Doktorant və dissertantlar üçün
Yaddaş kitabçası
(Layihə)
Sənəd Kodu
Yeniləmə No
Hazırl. Tarixi
Səhifə No
: ST\02
: 00
:
: 6 / 12
3.5. Zəruri hallarda doktorantlar aparıcı elmi mərkəzlərə (o cümlədən, xaricdə yerləşən) ezam
oluna bilərlər. Ezamiyyət xərcləri qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.
3.6. Doktorantlar hər il ali təhsil müəssisəsi və elmi təşkilatın elmi şurasına fərdi iş planının
yerinə yetirilməsi haqqında hesabat verir və həmin hesabat əsasında onun doktoranturada təhsilini
davam etdirməsi barədə qərar qəbul olunur.
3.7. Doktorant təhsil müddəti ərzində dissertasiya işini başa çatdırmalı, aprobasiyasını
keçirməli və müəyyən olunmuş qaydada onu müdafiəyə təqdim etməlidir.
3.8. Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş
məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir.
Dostları ilə paylaş: |