Doktorant və dissertantlar üçün
Yaddaş kitabçası
(Layihə)
Sənəd Kodu
Yeniləmə No
Hazırl. Tarixi
Səhifə No
: ST\02
: 00
:
: 4 / 12
2.25. Doktoranturada fərdi iş planını yerinə yetirən və elmi-tədqiqat işini bitirən şəxslər
“Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar.
2.26. Doktoranturada təhsil doktorantın (dissertantın) fərdi iş planı əsasında həyata keçirilir. Bu
planın nümunəsi Doktorantura şöbəsi tərəfindən verilir və üç aydan gec olmayan müddət ərzində
doktorant (dissertant) və onun elmi rəhbəri tərəfindən bütöv təhsil müddəti üçün tərtib edilir və
lazımi imzalar təmin edilərək Doktorantura şöbəsinə verilir.
2.27. Doktorant və dissertantların attestasiyası ildə bir dəfə dekabr ayında keçirilir.
Attestasiyanın keçirilməsində məqsəd doktorant və dissertantın fərdi iş planında cari il üçün
nəzərdə tutulmuş fəaliyyətinin dəyərləndirilməsidir.
2.28. Attestasiyanın keçirilməsi üçün doktorant (dissertant) Doktorantura şöbəsindən Fərdi iş
planını götürür, attestasiya olunan il üçün yerinə yetirdiyi işlər haqqında lazımi qeydləri aparır və
kafedraya təqdim edir. llik təhsil haqqını ödəməyən doktorant və dissertantlar attestasiyaya
buraxılmır. Bu haqqda kafedralar doktorantura şöbəsi tərəfindən məlumatlandırılır.
2.29. Doktorant (dissertant) elmi rəhbərinin də iştirak etdiyi kafedra iclasında cari il ərzində
yerinə yetirdiyi işlər haqqında hesabat verir və fərdi iş planında nəzərdə tutulan işlərin nəticələrini
təqdim edir. Doktorant (dissertant) eyni zamanda sonrakı il üçün iş planı haqqında məlumat verir.
Elmi rəhbər isə hesabat müddəti ərzində doktorantın (dissertantın) fəaliyyətinə qiymət verməlidir.
Attestasiya keçirildikdən sonra fərdi iş planı imzalanır və kafedranın müzakirə protokolundan
çıxarışla birlikdə Doktorantura şöbəsinə təqdim edilir. Kafedra tərəfindən attestasiya aşağıdakı
kimi qəbul edilir:
• Attestasiya olunsun (nəzərdə tutulan işlər tam həcmdə yerinə yetirilib və növbəti ildə
təhsilini davam etdirməsi tövsiyə olunur).
• Şərti olaraq attestasiya olunsun (nəzərdə tutulan işlərin müəyyən hissəsi yerinə yetirilib
və kafedra tərəfindən müəyyən edilmiş müddət ərzində tam həcmdə yerinə yetirilməsi
tələb edilir).
• Attestasiya olunmasın (üzürlü olmayan səbəbdən nəzərdə tutulan işlər yerinə
yetirilməmişdir).
2.30. Doktorantın (dissertantın) fərdi iş planının yerinə yetrilməsinə kafedra tərəfindən
müntəzəm olaraq nəzarət edilir. Attestasiyanın keçirilmə qrafiki kafedra rəhbərliyi ilə
razılaşdırılaraq doktorantura şöbəsi tərəfindən hazırlanır və doktorant və dissertantlara qabaqcadan
bildirilir.
2.31. Ali təhsil müəssisələrinin və elmi təşkilatların rəhbərləri doktorantlara fərdi iş planının
yerinə yetirilməsində, zəruri avadanlığın, həmçinin elmi tədqiqat işinin mövzusu ilə bağlı
materialların əldə edilməsində yardım göstərməlidirlər.
Qeyd:
Attestasiya adətən hər il dekabr ayında keçirilir. Attestasiya doktorantın (dissertantın)
təhkim olunduğu kafedrada keçirilir. Doktorant (dissertant) və onun elmi rəhbəri cari il üçün
nəzərdə tutulan planın yerinə yetirilməsi haqqında hesabat verir və növbəti il üçün nəzərdə tutulan
elmi fəaliyyəti haqqında iclas iştirakçılarına məlumat verir. Attestasiyanın nəticəsi kafedranın
iclas protokolunda əksini tapmalıdır. Kafedranın iclas protokolundan çıxarış və doktorantın
hesabatı doktorantura şöbəsinə təqdim olunmalıdır.
|