Doktorant və dissertantlar üçün
Yaddaş kitabçası
(Layihə)
Sənəd Kodu
Yeniləmə No
Hazırl. Tarixi
Səhifə No
: ST\02
: 00
:
: 2 / 12
2.2. Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə
təkrarən doktoranturaya qəbul oluna bilməz.
2.3. Sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti
haqqında kütləvi informasiya vasitələrində qəbulu həyata keçirən müəssisə tərəfindən müvafiq
elan verilir.
2.4. Doktoranturaya qəbul ali təhsil müəssisələri tərəfindən müəyyən edilən müddətlərdə hər il
keçirilir.
2.5. Sənədlərin qəbulu üçün doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin və
elmi təşkilatın rəhbərinin (və ya elmi işlər üzrə müavininin) sədrliyi ilə qəbul komissiyası
yaradılır. Qəbul komissiyası fakültə, kafedra, şöbə, bölmə, laboratoriya rəhbərlərindən, aparıcı
ə
məkdaşlardan və bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən təşkil
olunmalıdır.
2.6. Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası
tərəfindən müəyyən edilir.
2.7. Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və
rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına
təqdim edir. mtina olunduğu halda digər elmi rəhbər təklif edilir.
2.8. Qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında
imtahanlara buraxılmaq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq
iddiaçıya bildiriş göndərir. Bildiriş doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsi və
elmi təşkilat rəhbərləri tərəfindən imzalanır və bu bildiriş iş yerindən məzuniyyət almaq hüququ
verir.
2.9. Doktoranturaya qəbul olmaq istəyənlər aşağıdakı fənlər üzrə qəbul imtahanları verirlər:
• xtisas fənni,
• Xarici dili (rus dili istisna olmaqla, seçim sərbəstdir);
• Fəlsəfə (magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində)
2.10. Qəbul imtahanlarını keçirmək məqsədi ilə ali təhsil müəssisələrində və elmi təşkilatlarda
müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır.
2.11. xtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil
müəssisəsinin rektoru tərəfindən yaradılan komissiya həyata keçirir. Komissiyanın tərkibində
müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan rəhbərlər
də komissiyanın üzvü ola bilərlər.
2.13. Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və
çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.
Dostları ilə paylaş: |