3. DOKTORANTLARIN HAZIRLIĞI (Elmlər doktoru proqramı üzrə)
3.1. Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji
nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru”
(elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul
edilirlər.
3.2. Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
• ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin
adına);
• kadrların şəxsi-qeydiyyat vərəqi;
• tərcümeyi-hal;
• 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
• iş yerindən xasiyyətnamə;
• əmək kitabçasından çıxarış;
• çap olunmuş elmi işlərin siyahısı;
• “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi diplomunun müvafiq
qaydada təsdiq edilmiş surəti;
• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti
(xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil
haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
• şəxsiyyəti təsdiq edən sənədin surəti.
3.3. Ali təhsil müəssisəsinin, elmi təşkilatın elmi şurası “Elmlər doktoru” elmi dərəcəsinə
iddiaçı haqqında müvafiq şöbə, bölmə, kafedra və ya laboratoriyanın təqdimatı əsasında
doktoranturaya qəbul, dissertasiyanın mövzusu, fərdi iş planı və elmi məsləhətçisi (məsləhətçilər)
haqqında qərar qəbul edir. Həmin qərar ali təhsil müəssisələrinin və elmi təşkilatların fəaliyyətini
tənzimləyən nizamnaməyə (əsasnaməyə) uyğun olaraq rəsmiləşdirilir.
3.4. Elmi məsləhətçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.
|