Qorqud kitabı haqqındakı tədqiqlərə aid biblioqrafiya «Kitabi Dədəm Qorqud əla lisan tayifeyi Oğuzan”ın yeganə yazma nüsxəsinin Almaniyada Drezden kitabxanasında bulunduğunu öz kataloqlarında xəbər verən alimlərdən Aleymerdir. Bu nüsxə Drezden yazmaları içində Fleyşer kataloqunda 86 nömrə ilə mükəyyidir. XIX əsrin başlarında yenə Alman mütəkkiklərindən Dits bu nüsxəyə kopya etmişdir. Bu kopya Berlin kitabxanasında Perça fehrüstündə 203 nömrədə mükəyyədir. Bundan başqa Dits yazma nüsxədə bulunan hekayələrdən «Basatın Təpəgözü öldürdü boynu bəyan edər» əfasanəsinin mətnini almancaya tərcüməsi ilə bərabər şərqiyyətə aid material koleksiyonunun içində 1815-ci ildə nəşr eyləmişdir. Akademik Bartoldun söylədiyinə görə Niyoldeki nam bir alim də 1859-cu ildə yazma nüsxəyi tamamilə kopya etmiş və əhəmiyyətli yerlərini almancaya tərcümə etmişsə də bir çox yerlərini anlamadığı üçün tam etməmişdir.
Bundan sonra «Dədə Qorqud» haqqında çox geniş tərzdə rus alimləri tədqiqatda bulundular. 1894-cü ilə 1911 tarixləri arasında başda akademik Bartold olduğu halda Tumanski İnostronev və Qazax alimi Dibayev tərəfdən bir çox məqalələr nəşr edilmişdir ki, bunların mahiyyəti öz bəhslərində təhlil ediləcəkdir.
Vaxtı ilə İstanblada təşkil edilmiş «Asar İslamiyyət və milliyət tədqiq əncümən» Berlin kitabxanasındakı kopya edilmiş nüsxənin fotoqrafını çıxararaq Kilisli müəllim Rüfət mərifəti ilə kitab halında basdırılmışdır. (Mətbəəyi Amirə 1332, miladi 1916).
Müəllim Rüfətin istinsax əsasında oxuyamadığı bir çox ifadə və kəlmələrin yanında yapdığı təhsislərin bir çoxu yanlışdır. Çünki «Kitabi Qorqud»un dili bizim Azərbaycan ləhcəsi olduğundan bizim indi belə qullandığımız bir çox kəlmələri və ifadələri müəllim Rüfət bilmədiyi üçün bunları yanlış olmadığı halda, Osmanlı türkcəsinə görə təshih eləmişdir.57 Yazma nüsxəyi bizat görən və tədqiq edən Bartol mətndə kitabın adını «Kitabi Dədə Qorqud əla lisani taifeyi Oğuzan» deyə göstərir.58 Halbuki, Rüfət dədəm degin zəmir ədatı «m»-yı atmış və tayifə gəlməsini də osmanlı ağzına görə taifə yapmışdır.
Bu xüsusda türkiyəli müəllimlərdən M.Cövdətin 1334 və 1338-də yazılmış iki kiçik məqaləsi, bundan sonra Köprülüzadənin kitabalarında bir neçə qısa haşiyəsi vardır. Ən son tədqiq Əbdülqədir adında başqırdıstanlı bir gəncin «Türkiyyat məcmuəsi»ndə «Kitab Dədə Qorqud» haqqında sərlövhəsi ilə yazdığı məqaləsidir. Bu məqalə əksik bir bibiloqrafi ilə bərabər qırğız və başqırd türkləri arasında Qorqud haqqında yaşayan əfsaqələrdən bəhs edir.
Yuxarıda yad edilən bütün mənbələr Bartoldun ilk məqaləsində qısa sətirlər müstəsna olmaq şərti ilə “Qorqud kitabı”nın dil və ədəbiyyat tarixi nöqteyi-nəzərindən əhəmiyyət və qiymətli təhlil edəcək ümumi mahiyyətdə deyil. Biz burada bütün bu tədqiqləri gözdə tutaraq onu ümumi bir təhlil məruz buraxacağız.