Yanğın təhlükəsizliyi haqqında



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə1/34
tarix15.12.2022
ölçüsü0,52 Mb.
#74985
  1   2   3   4   5   6   7   8   9   ...   34
313-IQ Yanğın təhlükəsizliyi haqqında



Yanğın təhlükəsizliyi haqqında 
AZƏRBAYCAN RESPUBLİKASI QANUNU 
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR 
M a d d ə 1 .  
Qanunda istifadə olunan əsas anlayışlar 
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 
1) yanğın — maddi ziyan vuran, insanların həyatına və sağlamlığına, habelə təbiətə zərər 
yetirən nəzarətsiz yanmadır; 
2) yanğından mühafizə — yanğınların qarşısının alınmasının və söndürülməsinin təşkili
bununla əlaqədar ümdə qəza-xilasetmə işlərinin aparılması üçün yaradılmış idarəetmə 
orqanlarının, qüvvələrin və vasitələrin məcmusudur; 
1
3)yanğın nəzarəti — yanğın təhlükəsizliyi sahəsində norma standartların və qaydaların 
tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən dövlət nəzarəti fəaliyyətinin xüsusi 
növüdür; 
2
4) yanğın təhlükəsizliyi — təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat 
tədbirlərinin elə bir kompleksidir ki, bu, təsərrüfatı sahələrinin və obyektlərinin, binaların, 
qurğuların, ərazi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin təhlükəsiz 
fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son 
dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini 
təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirini aradan 
qaldırmalı, maddi və mənəvi sərvətləri yanğında məhv olmaqdan qorumalıdır; 
3
5) yanğın təhlükəsizliyi tələbləri — yanğın təhlükəsizliyini təmin etmək məqsədilə 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli 
xüsusi şərtdir; 
6) yanğın təhlükəsizliyi tələblərinin pozulması — yanğın təhlükəsizliyi tələblərinin yerinə 
yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir; 
7) yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi — yanğınla mübarizəyə yönəldilmiş 
qüvvələrin və vasitələrin, habelə hüquqi təşkilati, iqtisadi, sosial və elmi-texniki xarakterli 
tədbirlərin məcmusudur; 
8) yanğına qarşı rejim — yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq və 
yanğınları söndürmək məqsədilə insanların davranış qaydaları, istehsalın təşkili və binaların 
(ərazilərin) sazlanması qaydasıdır; 
9) yanğın təhlükəsizliyi tədbirləri — yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən 
yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi sahəsində fəaliyyətdir
10) yanğınların söndürülməsi — insanların və əmlakın xilas edilməsinə, yanğınların 
söndürülməsinə yönəldilmiş əməliyyatlardır; 
11) yanğınların söndürülməsi ilə əlaqədar ümdə qəza-xilasetmə işləri insanların, əmlakın 
xilas edilməsi, yanğından zərər çəkənlərə həkiməqədər ilk yardım göstərilməsi üçün yanğından 
mühafizənin apardığı operativ əməliyyatdır; 
12) yanğınsöndürmə texnikası məhsulu — yanğın təhlükəsizliyinin təmin edilməsi üçün 
nəzərdə tutulan xüsusi texniki və elmi-texniki məhsul, o cümlədən yanğınsöndürmə texnikası 
və avadanlığı, yanğınsöndürmə ləvazimatı, yanğınsöndürən və yanğından qoruyan maddələr, 
xüsusi rabitə və idarəetmə vasitələri, hesablayıcı elektron maşınlar üçün proqramlar və 
məlumat bazaları, habelə yanğınların qarşısının alınması üçün digər vasitələridir; 


13) yanğından mühafizə qarnizonu — müəyyən ərazidə yerləşdirilmiş yanğından mühafizə 
orqanlarının, 
bölmələrinin, 
yanğın-texniki 
elmi-tədqiqat 
və 
yanğın-texniki 
tədris 
müəssisələrinin məcmusudur. 
M a d d ə 2 .  

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin