M a d d ə 3 5 .
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
müvafiq qurumlarının fəaliyyətinin qanuniliyinə nəzarət
59
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının
fəaliyyətinin qanuniliyinə, qüvvə və vəsaitdən səmərəli istifadə etməsinə, yanğından mühafizə
orqanlarının və onun bölmələrinin onlara həvalə olunmuş vəzifələrin həcminə və xarakterinə
uyğunluğuna idarə nəzarətini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunların icrasına
Azərbaycan Respublikasının Baş prokuroru və ona tabe olan prokurorlar
qanunvericiliklə
nəzərdə tutulmuş qaydada nəzarət edirlər.
M a d d ə 3 6 .
Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və
Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.
Dostları ilə paylaş: