Toplusu, 2014-cü il, № 10, maddə 1169) ilə 25-ci maddənin beşinci hissəsində “qurumunun” sözündən
sonra “, habelə onların” sözləri əlavə edilmişdir. 40 28 aprel 2009-cu il tarixli 802-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 4 iyul 2009-cu il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 398) ilə birinci hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Yanğın təhlükəsizliyi sahəsində, o cümlədən yanğın təhlükəsizliyinə dair dövlət və regional
məqsədli proqramları üzrə maliyyə təminatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanları öz səlahiyyətləri çərçivəsində, müvafiq büdcələrdə ayrıca sətirdə göstərilməklə məqsədli
təminatla planlaşdırır və həyata keçirirlər.
41 9 mart 2004-cü il tarixli 603-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 27-ci maddənin ikinci
hissəsinin ikinci cümləsi çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
“Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin
(müqavilələr əsasında yaradılan bölmələrdən başqa), yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki
tədris müəssisələrinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Zərurət
olduqda isə bunun üçün yerli büdcələrdən də əlavə vəsait cəlb edilə bilər”.
28 aprel 2009-cu il tarixli 802-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 4 iyul 2009-cu il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 398) ilə ikinci hissədə «və onun bölmələrinin»sözləri «yanğın təhlükəsizliyini həyata keçirən qurumlarının» sözləri ilə əvəz edilmişdir.
42