Yanğın təhlükəsizliyi haqqında



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix15.12.2022
ölçüsü0,52 Mb.
#74985
1   ...   5   6   7   8   9   10   11   12   ...   34
313-IQ Yanğın təhlükəsizliyi haqqında

göstərilməsi 
Yanğın təhlükəsizliyi sahəsində işlər və xidmətlər yanğın təhlükəsizliyi tələblərinin həyata 
keçirilməsi, habelə yanğınların qarşısının alınmasının və söndürülməsinin təmin edilməsi 
məqsədilə yerinə yetirilir. Yanğın təhlükəsizliyi sahəsində işlərə və xidmətlərə aşağıdakılar 
aiddir: 
1) müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması; 
2) yanğınsöndürmə texnikası məhsulunun istehsalı və alınması, sınaqların keçirilməsi; 
3) layihə-axtarış işlərinin yerinə yetirilməsi; 
4) elmi-texniki məsləhət verilməsi və ekspertiza keçirilməsi; 
5) maddələrin, materialların, məmulatın, avadanlığın və konstruksiyaların yanğın 
təhlükəsizliyinin sınaqdan keçirilməsi; 
6) əhaliyə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsi; 
7) yanğına qarşı təbliğat aparılması, xüsusi ədəbiyyatın və reklam məhsulunun nəşri
8) yanğından qoruma və boru-soba işləri; 


9) yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və 
təmiri; 
10) yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara 
xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası; 
11) yanğından mühafizə binalarının, qurğularının, otaqlarının tikilməsi, yenidən qurulması 
və təmiri. 
Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.
29
M a d d ə 2 2 .  Sertifikatlaşdırma 
Sertifikatlaşdırma — “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” 
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, malın (xidmətin, işin), prosesin və idarəetmə 
sisteminin (bundan sonra - məhsulun və xidmətlərin) müvafiq standartda, texniki reqlamentdə və digər 
normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun təsdiq edilməsi sahəsində 
göstərilən fəaliyyətdir. Sertifikatlaşdırmanın qaydalarına uyğun olaraq sertifikatlaşdırılmış 
məhsulun və xidmətin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda 
müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq etmək üçün uyğunluq sertifikatı verilir.
30
Məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin siyahısını Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 
Sertifikatlaşdırmanın təşkili və aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq 
icra hakimiyyəti orqanı müəyyənləşdirir. 
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan sertifikatlaşdırma işlərinin 
haqqını məhsulu hazırlayan (satan) və xidmətləri göstərən ödəyir, həm də sertifikasiya 
məsrəfləri məhsulun və xidmətlərin maya dəyərinə aid edilir. 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin