Yanğın təhlükəsizliyi haqqında


M a d d ə 1 0 .  İdarədənkənar yanğından mühafizə



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix15.12.2022
ölçüsü0,52 Mb.
#74985
1   2   3   4   5   6   7   8   9   ...   34
313-IQ Yanğın təhlükəsizliyi haqqında

15
M a d d ə 1 0 .  İdarədənkənar yanğından mühafizə 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında, mülkiyyət 
formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməklə yanğından mühafizə işlərini 
həyata keçirən xüsusi bölmələr yaradıla bilər. Onların təşkilat strukturu və maliyyələşdirilmə 
qaydaları təsisçi tərəfindən müəyyən edilir. 
İdarədənkənar yanğından mühafizə bölmələri bu Qanuna uyğun olaraq hazırlanmış, 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış və tabe 
olduqları yuxarı orqanların rəhbərləri tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq olaraq 
fəaliyyət göstərirlər. 
16
M a d d ə 1 1 .  Könüllü yanğından mühafizə 
17
 
Yaşayış məntəqələrində, müəssisələrdə, idarələrdə və təşkilatlarda yanğınların qarşısının 
alınması və söndürülməsinin təşkili tədbirlərini həyata keçirmək məqsədilə fəhlələr, 
qulluqçular, mühəndis-texniki işçilər və başqa vətəndaşlar sırasından könüllü yanğınsöndürmə 
dəstələri (komandaları) yaradıla bilər. Onlar haqqında Əsasnaməni Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 
Könüllü yanğınsöndürmə dəstələri (komandaları) üzvlərinin yanğının və ya qəzanın 
nəticələrinin aradan qaldırılmasında, yanğınsöndürmə üzrə profilaktika tədbirlərinin 
keçirilməsində iştirak etmələri, habelə tədris hazırlığı və növbə çəkmələri üçün ödəniş müvafiq 
icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydada həyata keçirilir. 
18
I I I f ə s i l
 YANĞIN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ 
M a d d ə 1 2 .  Yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi 
Yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi: 
1) yanğın təhlükəsizliyi sahəsinin normativ-hüquqi tənzimlənməsindən; 
2) yanğın təhlükəsizliyi sahəsinin elmi-texniki təminatından; 
3) yanğın təhlükəsizliyi sahəsinin informasiya təminatından; 
4) yanğına qarşı təbliğat aparılmasından və yanğın təhlükəsizliyi tədbirlərinin əhaliyə 
öyrədilməsindən; 
5) yanğınsöndürmə texnikası məhsulunun istehsalından; 
6) yanğınların söndürülməsindən və onunla bağlı zəruri işlərin görülməsindən (bundan 
sonra - yanğınların söndürülməsi); 
7) yanğına qarşı xüsusi rejimin müəyyənləşdirilməsindən; 


8) yanğınların və onların nəticələrinin uçotunun aparılmasından; 
9) yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsindən və xidmətlərin göstərilməsindən; 
10) yanğınsöndürmə texnikası məhsulunun və yanğın təhlükəsizliyi sahəsində xidmətlərin 
sertifikatlaşdırılmasından; 
11) bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada yanğından sığortalamadan, 
habelə yanğın təhlükəsizliyini təmin edənlərin həvəsləndirilməsindən;
19
12) yanğın təhlükəsizliyi tədbirlərinin planlaşdırılmasından və həyata keçirilməsindən; 
13) yanğın təhlükəsizliyinin təmin edilməsi dövlət yanğın nəzarətinin həyata 
keçirilməsindən ibarətdir. 
M a d d ə 1 3 .  Yanğın təhlükəsizliyi sahəsində normativ-hüquqi tənzimləmə 
Yanğın təhlükəsizliyi sahəsində normativ-hüquqi tənzimləmə səlahiyyətli dövlət orqanları 
tərəfindən yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktların (normativ sənədlərin) qəbul 
edilməsindən ibarətdir. 
Yanğın təhlükəsizliyinə dair normativ sənədlərə yanğın təhlükəsizliyi standartları, 
normaları və qaydaları, təlimatlar, yanğın təhlükəsizliyi tələblərinin göstərildiyi başqa aktlar 
aiddir. 
M a d d ə 1 4 .  Yanğın təhlükəsizliyinin elmi-texniki təminatı 
Yanğın təhlükəsizliyi sahəsində elmi tədqiqatları müvafiq elmi müəssisə və təşkilatlar və ali təhsil 
müəssisələri həyata keçirirlər.
20
Yanğın təhlükəsizliyi sahəsində elmi-texniki araşdırmalar dövlət büdcəsinin, müəssisələrin 
və yanğın təhlükəsizliyi fondlarının vəsaiti, habelə qanuna zidd olmayan digər maliyyə 
mənbələri hesabına maliyyələşdirilir. 
21
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları 
tərəfindən elmi-texniki araşdırmalar dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 
22
Yanğın təhlükəsizliyi sahəsində elmi tədqiqatların əlaqələndirilməsini müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirir.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin