8) yanğınların və onların nəticələrinin uçotunun aparılmasından;
9) yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsindən və xidmətlərin göstərilməsindən;
10) yanğınsöndürmə texnikası məhsulunun və yanğın təhlükəsizliyi
sahəsində xidmətlərin
sertifikatlaşdırılmasından;
11) bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada yanğından sığortalamadan,
habelə yanğın təhlükəsizliyini təmin edənlərin həvəsləndirilməsindən;
19
12) yanğın təhlükəsizliyi tədbirlərinin planlaşdırılmasından və həyata keçirilməsindən;
13) yanğın təhlükəsizliyinin təmin edilməsi dövlət yanğın nəzarətinin həyata
keçirilməsindən ibarətdir.
M a d d ə 1 3 .
Yanğın təhlükəsizliyi sahəsində normativ-hüquqi tənzimləmə
Yanğın təhlükəsizliyi sahəsində normativ-hüquqi tənzimləmə səlahiyyətli dövlət orqanları
tərəfindən yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktların (normativ sənədlərin) qəbul
edilməsindən ibarətdir.
Yanğın təhlükəsizliyinə dair normativ sənədlərə yanğın təhlükəsizliyi standartları,
normaları və qaydaları, təlimatlar, yanğın təhlükəsizliyi tələblərinin
göstərildiyi başqa aktlar
aiddir.
M a d d ə 1 4 .
Yanğın təhlükəsizliyinin elmi-texniki təminatı
Yanğın
təhlükəsizliyi sahəsində elmi tədqiqatları müvafiq elmi müəssisə və təşkilatlar və ali təhsil
müəssisələri həyata keçirirlər.
20
Yanğın təhlükəsizliyi sahəsində elmi-texniki araşdırmalar dövlət büdcəsinin, müəssisələrin
və yanğın təhlükəsizliyi fondlarının vəsaiti, habelə qanuna zidd olmayan digər maliyyə
mənbələri hesabına maliyyələşdirilir.
21
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları
tərəfindən elmi-texniki araşdırmalar dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
22
Yanğın təhlükəsizliyi sahəsində elmi tədqiqatların
əlaqələndirilməsini müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirir.
Dostları ilə paylaş: