Yanğın təhlükəsizliyi haqqında


M a d d ə 1 5 .  Yanğın təhlükəsizliyi sahəsində informasiya təminatı



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix15.12.2022
ölçüsü0,52 Mb.
#74985
1   2   3   4   5   6   7   8   9   10   ...   34
313-IQ Yanğın təhlükəsizliyi haqqında

23
M a d d ə 1 5 .  Yanğın təhlükəsizliyi sahəsində informasiya təminatı 
Yanğın təhlükəsizliyi sahəsində informasiya təminatı yanğın təhlükəsizliyinin təmin 
edilməsi sistemində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan xüsusi 
informasiya sistemlərinin və məlumat banklarının (bundan sonra — informasiya sistemləri) 
yaradılması və istifadə edilməsi vasitəsilə həyata keçirilir. 
Yanğın təhlükəsizliyi haqqında məlumatların informasiya sistemlərinə daxil edilməsi 
əsasları və qaydası, habelə vəzifəli şəxslərin və vətəndaşların bu məlumatlarla tanış edilməsi 
şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə 
müəyyənləşdirilir. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, müəssisələr və təşkilatlar, 
meteorologiya xidmətləri və digər səlahiyyətli dövlət orqanları yanğın təhlükəsizliyi üçün 
əlverişsiz hadisələr və proqnozlar barəsində Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanına və onun müvafiq qurumlarına ləngimədən əvəzsiz qaydada məlumat 
verməyə borcludurlar. 
24
M a d d ə 1 6 .  Yanğına qarşı təbliğat və yanğın təhlükəsizliyi tədbirlərinin 
öyrədilməsi 
Yanğına qarşı təbliğat — kütləvi informasiya vasitələri ilə, xüsusi ədəbiyyat və reklam 
məhsulu nəşr etməklə, tematik sərgilər, baxışlar, konfranslar keçirməklə və Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə qadağan olunmamış digər məlumatlandırma formalarından 


istifadə etməklə cəmiyyətə yanğın təhlükəsizliyinin təmin olunması problemləri və yolları 
haqqında məqsədyönlü biliklər verilməsidir. Yanğına qarşı təbliğatı Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanları, müəssisələr və yanğından mühafizə 
bölmələri aparırlar. 
Müəssisələrin işçilərinə yanğın təhlükəsizliyi tələblərini Azərbaycan Respublikasında 
yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq həmin müəssisələrin müdiriyyəti 
(mülkiyyətçiləri) öyrədir. 
Məktəbəqədər və ümumi təhsil müəssisələrində məcburi qaydada yanğın təhlükəsizliyi 
tədbirlərini müvafiq müəssisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 
ilə razılaşdırılmış xüsusi proqramlar üzrə öyrədirlər.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin