Yanğın təhlükəsizliyi haqqında


Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların hüquq və vəzifələri



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix15.12.2022
ölçüsü0,52 Mb.
#74985
1   2   3   4   5   6   7   8   9   ...   34
313-IQ Yanğın təhlükəsizliyi haqqında

Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların hüquq və vəzifələri 
Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı hüquqları vardır: 
1) yanğın zamanı həyatının, sağlamlığının və əmlakının müdafiəsi; 
2) yanğının vurduğu ziyanın Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə 
tutulmuş qaydada ödənilməsi; 


3) sağlamlığına və əmlakına ziyan vurmuş yanğının səbəblərinin müəyyənləşdirilməsində 
iştirakı; 
4) yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq. 
Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı vəzifələri vardır: 
1) yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına ciddi riayət etmək
2) öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində 
yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və 
yanğına qarşı inventar saxlamaq; 
3) yanğın aşkar etdikdə bu barədə dərhal yanğından mühafizə bölməsinə xəbər vermək; 
4) yanğından mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək və yanğını 
söndürmək üçün mümkün tədbirlər görmək; 
5) yanğının söndürülməsində yanğından mühafizə bölmələrinə kömək göstərmək
6) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq 
qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni 
tələblərini yerinə yetirmək;
 13
7) onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın 
təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının 
qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq. 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin