Yanğın təhlükəsizliyi haqqında


Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix15.12.2022
ölçüsü0,52 Mb.
#74985
1   2   3   4   5   6   7   8   9   ...   34
313-IQ Yanğın təhlükəsizliyi haqqında

Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra 
hakimiyyəti orqanlarının vəzifələri 
Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti 
orqanlarının aşağıdakı vəzifələri vardır: 
1) tabelikdə olan müəssisələrdə və müvafiq ərazilərdə yanğın təhlükəsizliyi tədbirlərinin 
işlənib hazırlanmasını təşkil etmək və yerinə yetirilməsini təmin etmək
2) müəyyənləşdirilmiş normalara uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına 
maliyyələşdirilmiş yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq
3) yanğından mühafizəyə tapşırılmış vəzifələrin yerinə yetirilməsində ona zəruri kömək 
göstərmək; 
4) yanğına qarşı təbliğatın aparılmasını və əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin 
öyrədilməsini təşkil etmək; 
5) hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar 
tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə ciddi 
riayət olunmasını təmin etmək; 
6) yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil etmək və yerinə 
yetirilməsini təmin etmək; 
5) hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar 
tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə ciddi 
riayət olunmasını təmin etmək; 
6) yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil etmək və yerinə 
yetirilməsini təmin etmək; 
7) müəyyənləşdirilmiş normalara uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına 
maliyyələşdirilən dövlət yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq; 
9
8) əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək. 


M a d d ə 6 .  
Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin hüquq və vəzifələri 
Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı hüquqları vardır: 
1) öz vəsaitləri hesabına saxladıqları yanğından mühafizə bölmələrini müəyyənləşdirilmiş 
qaydada yaratmaq, yenidən təşkil və ləğv etmək; 
2) müvafiq dövlət orqanlarına yanğın təhlükəsizliyinin təmin edilməsinə dair təkliflər 
vermək; 
3) müəssisələrdə yanğınların baş verməsi səbəblərinin müəyyən edilməsi və müvafiq 
tədbirlərin görülməsi sahəsində iş aparmaq
10
4) yanğın təhlükəsizliyini təmin etməyin sosial və iqtisadi cəhətdən həvəsləndirilməsi 
tədbirlərini müəyyənləşdirmək; 
5) yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq. 
Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: 
1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli 
şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;
 11
2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata 
keçirmək; 
3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini 
öyrətmək; 
4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə 
vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol 
verməmək; 
5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə 
tutulmuş qaydada yaratmaq və saxlamaq
6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini 
müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların 
törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə və yanğın nəzarəti 
qurumlarına köməklik göstərmək; 
12
7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə 
əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və 
yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə 
və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək; 
8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin 
vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara 
və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək; 
9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin 
vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o 
cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş 
yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək; 
10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların 
və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək. 
M a d d ə 7 .  

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin