Normativ hüquqi aktlar
Normativ hüquqi akt
tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla
və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər
üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul
edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-
müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün
nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;
Normativ xarakterli akt
məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks
etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən
formalı rəsmi sənəd;
Hüquqi akt
normativ hüquqi akt, normativ xarakterli akt
və ya qeyri-normativ
hüquqi akt;
Qanunvericilikdə boşluqlar
konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının
olmaması;
Qanunun analogiyası
konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları
olmadığına görə həmin ictimai
münasibətlərə oxşar ictimai
münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi;
Hüququn analogiyası
yalnız konkret ictimai
münasibətləri deyil, həm də oxşar ictimai
münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə
həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn
ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin
tətbiq edilməsi;
Normativ hüquqi aktların kolliziyası
eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi
aktların ziddiyyəti;
Lokal normativ hüquqi akt
qüvvəsi bir və ya bir neçə dövlət orqanının çərçivəsi ilə məhdudlaşan
normativ hüquqi akt;