3) sağlamlığına və əmlakına ziyan vurmuş yanğının səbəblərinin müəyyənləşdirilməsində
iştirakı;
4) yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq.
Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı vəzifələri vardır:
1) yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına
ciddi riayət etmək;
2) öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə,
nəqliyyat vasitələrində
yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və
yanğına qarşı inventar saxlamaq;
3) yanğın aşkar etdikdə bu barədə dərhal yanğından mühafizə bölməsinə xəbər vermək;
4) yanğından mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək və yanğını
söndürmək üçün mümkün tədbirlər görmək;
5) yanğının söndürülməsində yanğından mühafizə bölmələrinə kömək
göstərmək;
6) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq
qurumlarının
, habelə onların vəzifəli
şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni
tələblərini
yerinə yetirmək;
13
7) onlara məxsus istehsal,
təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın
təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının
qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin
vəzifəli şəxslərinə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq.
Dostları ilə paylaş: