Yanğın Təhlükəsizliyi üzrə İxtisas fənlər kafedrası


İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi



Yüklə 23,72 Kb.
səhifə3/4
tarix29.04.2023
ölçüsü23,72 Kb.
#104524
1   2   3   4
ibrahim 3

İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi
İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi işsinin sağlamlığına, təhlükəsizliyinə və onun əmək məhsuldarlığına mühüm təsir göstərir. İstehsalat havasının meteoroloji şəraiti temperatur, nisbi nəmlik, havanın hərəkət sürəti və təzyiqi, həmçinin qızdırılmış avadanlıq, emal edilmiş material və məmulatların istilik şüalanması ilə xarakterizə edilir. Bu parametrlər geniş hüdudlarda dəyişə bilər. Lakin onların elə uyğunluqları da vardır ki, bu zaman optimal mikroiqlim şəraiti yaranır. Bu həmin parametrlərin elə uyğunluğudur ki, bu zaman orqanizmin normal funksional və istilik vəziyyəti asanlıqla, termotənzimləmə qabiliyyəti gərginləşmədən təmin olunur, istilik rahatlığı hissiyatı və yüksək işgüzarlıq vəziyyəti üçün zəmin yaranır. Termotənzimləmə insan orqanizminin xarici mühitlə istilik mübadiləsini tənzimləmə qabiliyyətidir. Bununla da orqanizm mühitin şəraitindən və işin ağırlığından asılı olmayaraq bədənin temperaturunu sabit (+36,6 0 C) səviyyədə saxlayır.İnsan orqanizmində həyat fəaliyyəti nəticəsində əmələ gələn istilik ətraf mühitə üç yolla – konveksiya, şüalanma, buxarlanma ilə ötürülür. Məsələn, ətraf mühitin temperaturu 200 C olduqda orqanizmin istilik verimi konveksiya ilə 31%, şüalanma ilə 43,7% və buxarlanma ilə 21,7% təşkil edir. Qalan istilik isə qəbul edilən qidanın, havanın qızdırılmasına və s. sərf olunur. Havanın temperaturu artdıqda tərin buxarlanması ilə istilik ötürülməsi də artır. 33…350 C-dən başlayaraq istilik verimi yalnız bu yolla gedir. Güclü tərləmə zamanı orqanizmidən su ilə birlikdə, C və B vitaminləri kənar olunur ki, bu da qanun laxtalanmasına, qanda şəkər və kalsiumun miqdarının artmasına, mədə şirəsinin turşuluğunun azalmasına və s. pozğunluqlara səbəb olur.Ətraf mühitin temperaturunun artması orqanizmdən istilik ayrılmasını çətinləşdirir, nəticədə bədənin temperaturu artır, ürək döyüntüsü başlayır, tərləmə güclənir, diqqət zəifləyir, hərəkətlərin əlaqəliyi pozulur, görmə və eşitmə qabiliyyəti zəifləyir. Ətraf mühitin temperaturunun aşağı düşməsi də orqanizm üçün zərərlidir, çünki bu zaman bədən həddən artıq soyuyur, qan dövranı pozulur, qanın immunobioloji xassələri zəifləyir, nəfəs yolları xəstələnir, yel zökəm və digər soyuqdəymə xəstəlikləri yaranır. Deməli, havanın yüksək və alçaq temperaturları insan orqanizminin termotənzimləmə aparatının xeyli gərginləşməsinə səbəb olur. Bu isə əmək məhsuldarlığını azaltmaqla bərabər xəstələnmə və zədələnmə imkanlarını artırır. Orqanizmin istiliyi tənzimləmə qabiliyyətinə havanın nəmliyi, hərəkət sürəti də böyük təsir göstərir. Belə ki, yüksək nisbi nəmlikdə (  85%), yüksək temperaturlarda istilik verimi çətinləşir, alçaq temperaturlarda isə güclənir və bədən həddən artıq soyuyur.


Yüklə 23,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin