ÜZÜN YANIQLARI (İLK TİBBİ YARDIM)
Üzün yanıqları isti mayelərin, buxarların, alovun, günəş
şüalarının, kimyəvi maddələrin təsirindən yaranır. Bu zaman xəstələr
mütləq hospitalizasiya olunmalı və aşağıdakı tədbirlər görülməlidir:
1.
Alovla kontakt kəsilməlidir;
2.
Suluqlar olduqda açılmalı, möhtəviyyatı boşaldılmalı;
3.
Epidermis qalıqları götürülməlidir;
4.
Göz işlənməli, anestetiklərlə yuyulmalıdır;
5.
Tənəffüs yolları təmizlənməli;
6.
Ütülmüş tüklər kəsilməlidir;
7.
Hospitalizasiyaya qədər bir neçə saatlığa az miqdarda parafin
hopdurulmuş (tez quruduğu üçün 1-4 saatlığa) (D) və ya
polivinil-xloridlə steril, nazik sarğı qoyulmalı;
8.
Xəstənin başı qaldırılmış vəziyyətdə uzadılmalı;
9.
Periferik venaların kateterizasiyası aparılmalı;
10.
İnfuzion terapiya başlanmalıdır;
11.
Nəmləndirilmiş O
2
verilməli;
12.
Sonrakı dövrdə suda həll olunan əsasda kremlər çəkilməlidir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|