KİMYƏVİ YANIQLAR
Kimyəvi yanıqlar termiki yanıqlara nisbətən az rast gəlinir (2,5-
5,1 % təşkil edir). Onlar turşuların (43-51 %), qələvilərin (21,5-
25%), ağır metal duzlarının və digər kimyəvi maddələrin təsirindən
əmələ gəlir.
Zədələnmənin bu növündə qısa müddət ərzində toxuma
hüceyrələrinin tamlığının pozulması və ölməsi müşahidə edilir
(nekroz – praktik olaraq kimyəvi maddənin dəriyə düşməsindən az
sonra müşahidə edilir).
Turşularla zədələnmə
1.
Turşular toxumaları susuzlaşdırır və toxuma zülallarının
koaqulyasiyasına səbəb olur (koaqulyasion nekroz).
Zədələnmənin intensivliyi onların konsentrasiyasından asılıdır.
2.
Turşuların təsir yerində aydın sərhədlərə malik quru qasnaq
əmələ gəlir. Qasnaq dəri səthindən qalxmır, əksinə çox vaxt aşağı
səviyyədə olur.
3.
Kənarlarında – hiperemiya – iltihab zonası. Zədələnmə çox vaxt
dərin olur.
Dostları ilə paylaş: |