YANIQ SEPTİKOTOKSEMİYASI (YST)
Yanıq xəstəliyinin üçüncü dövrü ağır toksikoinfeksion patologiya
ilə xarakterizə olunur: pasiyentdə uzun müddət qızdırma qeyd
olunur, anemiya artır, “poliorqan çatmazlığı” ortaya çıxır,
orqanizmin üzülməsi kaxeksiyaya qədər gətirib çıxarır,
hipoproteinemiya, leykositoz, limfonemiya müşahidə edilir.
Ağırlaşmalar içərisində birinci yeri – ürək-damar sistemi və
tənəffüs sistemi pozğunluqları (70%) tutur, ikinci yerdə – böyrək,
MSS disfunksiyası, qaraciyər disfunksiyası, MBT pozğunluqları (44-
47%), üçüncü yerdə isə – homeostaz dəyişiklikləri (29-30%) durur.
Dostları ilə paylaş: |