Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol


Kəskin yanıq toksemiyasının (KYT) müalicəsi



Yüklə 238,41 Kb.
səhifə27/46
tarix28.12.2021
ölçüsü238,41 Kb.
#9635
1   ...   23   24   25   26   27   28   29   30   ...   46
 

Kəskin yanıq toksemiyasının (KYT) müalicəsi 

Kəskin yanıq toksemiyası fazasında yanıqla xəstələrin 

müalicəsinin əsas məqsədləri aşağıdakılardır: 

1.

 



Ağrı  və psixoemosional sindromun ləğvi (2%-li promedol məh. 

1,0 x 2-3 dəfə, ketonal, 0,5%-li relanium məhlulu, fenozepam, 

tranksen və b.) 

2.

 



Orqanizmin dezintoksikasiyasının  əsasını hemodilyusiya və 

“sürətləndirilmiş” diurez təşkil edir. Bu, biokimyəvi, metabolik 

pozğunluqlara, QTQM-ə (turşu-qələvi müvazinəti) nəzarət 

edilməklə aparılır və aşağıdakılar nəzərdə tutulur: 

 

Kolloid və kristalloid məhlullarla infuzion-transfuzion 



terapiya; 

 

Qan dövranından toksiki məhsulların çıxarılmasına  şərait 



yaradan sürətləndirilmiş diurez (laziks 40-120 mq/sut, 

mannitol); 

 

Bağırsaq peristaltikasının aktivləşdirilməsi (təmizləyici 



imalələr, enterodez, kolisorb, laktofiltrum); 

 

Lazım gəldikdə ekstrakorporal detoksikasiya üsulları 



(plazmoferez, hemasorbsiya və b.) 

 

Yanıq yaralarının işlənməsi 



3.

 

Metabolik pozğunluqların korreksiyası (proteoliz inhibitorları – 



qardoks 50000-100000 vahid sut., trasilol 25000 vah. sut., 

kontrikal 50000 vah. sut., retabolil 1.0 x 1 dəfə həftədə, B, C, E, 

PP qrup vit. və s.) 

4.

 



İnfeksiyanın profilaktikası  və  ləğvi (yara ifrazatının  əkilməsi və 

antibiotiklərə qarşı  həssaslığı yoxladıqdan sonra, v/d 

məsləhətdir); antistafilokokk γ-qlobulin ilə passiv immunizasiya 

– 2.0 x 1 dəfə sutkada № 3-5, timalin, immunal, insan 

immunoqlobulini və s. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

23

5.



 

Hipoksiya, asidoz, mikrotrombozun korreksiya və profilaktikası, 

MSS-nin, ürək-damar fəaliyyətinin yaxşılaşdırılması 

(nəmləndirilmiş O

2

 verilməsi, sitoxrom, heparin 2500 vahid x 4 



dəfə/sut, 0.06%-li korqlükon məh, trental 5.0 x 2 dəfə 250.0 ml 

0.9 % NaCl, Na-bikarbonatla) . 

6.

 

Orqanizmin energetik və plastik maddələrə tələbatını ödəmək (5-



10-20%-li qlükoza, dekstroza məhlulları, sorbitol 10-20%, 5-10% 

albumin, plazma, protein, intralipid, lipofundin, lipovenoz, 

aminturşular və s.) 

7.

 



Anemiyanın profilaktikası (dəmirtərkibli preparatlar, Vit B12, fol 

turşusu, eritrositar kütlə, balanslaşdırılmış qidalanma və s.) 

8.

 

Yerli müalicə – yaraların antiseptiklərlə təmizlənməsi, nekrolitik 



məlhəmlər (tripsin, salisil turşusu məlhəmi, “Dalseks-tripsin”, 

iruksol), absorbsiyaedici maddələrlə sarğılar, yaraların UBŞ-si 

(UFO), nekrotik toxumaların ekssiziyası, silverden və silvoden 

məlhəmləri, suda həll olan əsasda məlhəmlər (levomekol, 

levosin, miromisin, dioksidin və b.).  

 


Yüklə 238,41 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin