Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 238,41 Kb.
səhifə35/46
tarix28.12.2021
ölçüsü238,41 Kb.
#9635
1   ...   31   32   33   34   35   36   37   38   ...   46
TYY-nin klinik mənzərəsi 

 

Baxış zamanı: 



 

Yanığın üzdə, başda, ağız boşluğunda lokalizasiyası; 

 

Udlağın arxa divarında, qırtlaqüstü sahədə hiperemiya və 



ödem; 

 

Burun yollarında tüklərin ütülməsi; 



 

Hisin qalıqları; 

 

Ağ ciyərlərdə xırıltılar. 



Şikayətləri: 

 

Udma zamanı ağrı; 



 

Boğazda qıcıqlanma hissiyyatı; 

 

Döş nahiyəsində ağrı; 



 

Quru öskürək; 

 

Çətinləşmiş tənəffüs; 



 

Hisli bəlğəm ifrazı; 

 

Səsin xırıldaması və ya batması. 



Yuxarıda göstərilən klinik əlamətlər və larinqoskopiya, 

rentgenoqrafiya və fibrobronxoskopiya kimi müayinə üsullarının 

göstəriciləri TYY-nin diaqnostik komponentləridir. 

Tənəffüs yollarının yanığı olan xəstələrin müalicəsi 

Yuxarı tənəffüs yollarının (qırtlaq, traxeya) və ya traxeobronxial 

ağacın zədələnməsinin ağırlığından və müddətindən asılı olaraq 

bunları etmək lazımdır: 

1.

 

Hisi mümkün qədər xaric etmək, tənəffüs yollarını  bəlğəmdən 



təmizləmək, havakeçirici boru qoymaq; 

2.

 



Ağrını kəsmək; 

3.

 



Lazım olduqda tənəffüs yollarını intubasiya etmək, mürəkkəb 

hadisələrdə traxeostomiya etmək; 

4.

 

Hospitalizasiya etmək; 



5.

 

Ağ ciyərlərin süni tənəffüsə qoşulması (AST); 



6.

 

Bronxospazmın, ödemin profilaktikası, mikrosirkulyasiyanın 



yaxşılaşdırılması; 

7.

 



İnfeksion ağırlaşmaların profilaktikası; 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

28

8.



 

Fibrobronxoskopiya, traxeo-bronxial ağacın təmizlənməsi, oraya 

kortikosteroidlərin yeridilməsi; 

9.

 



Ağ ciyərlərin rentgenoqrafiyası.  

GÖZ YANIĞI 

Göz yanığı alovdan, partlayışdan, kimyəvi maddələrin 

düşməsindən əmələ gəlir. 

Gözün yanması zamanı ilk yardım göstərilməsi: 

 

Travmadan dərhal sonra və sonrakı 48 saat ərzində periodik 



olaraq bol miqdarda fizioloji məhlulla yumaq

 

Anestetiklərin yerli istifadəsi; 



 

Gözə quru sarğı. 

Xəstəni oftalmoloqa göstərmək və ya yaxınlıqdakı oftalmoloji 

mərkəzə göndərmək. (C) 




Yüklə 238,41 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin