TƏNƏFFÜS YOLLARININ YANIQLARI
Tənəffüs yollarının yanıqları (TYY) yanıq travmatizmində
mühüm yerlərdən birini tutur. TYY ilə müştərək geniş yayılmış
yanıqlar zamanı letallıq 33%-dən 82%-ə qədər dəyişir.
Etiologiyasına görə TYY üç növə ayrılır:
►
Alov, isti hava, buxar və mayelərin qısamüddətli təsirindən
yaranan zədələnmələr;
►
Hisin və yanmanın digər məhsullarının təsirindən törənən
zədələnmələr;
►
Yanmanın toksiki məhsullarının inhalyasiyası və alovun selikli
qişaya təsirindən törənən zədələnmələr.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|