Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti



Yüklə 415,4 Kb.
Pdf görüntüsü
tarix25.12.2022
ölçüsü415,4 Kb.
#77813
fizika sərbəst is (2)



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ
Tədris ili: 2022/2023 
Fakültə: Təhsil 
İxtisas: Riyaziyyat və informatika müəllimliyi 
Qrup: Rİ22.2 
Kurs: I 
Semestr: Payız 
Fənnin adı:Ümumi Fizika
Sərbəst iş 
Mövzu :Radioaktivlik 
Müəllim: Yusifova Təranə 
Tələbə: Məhyəddinova Nigar 


Radioaktivlik
– qamma kvantların, elementar zərrəciklərin və ya yüngül nüvələrin şüalanması ilə 
müşayiət olunan atom nüvələrinin özbaşına çevrilmələridir. Belə çevrilmələrə məruz qalan 
nüv
ələr radoaktiv, çevrilmə prosesi isə radioaktiv parçalanma adlanır.
Radioaktivliyi 1896-
cı ildə fransız fiziki Anri Bekkerel kəşf edib. O müəyyən edib ki, uran duzları 
özünd
ən işıq üçün qeyri-şəffaf olan maneədən keçə bilən və fotoemulsiyanın qaralmasına gətirib 
çıxaran şüalar buraxır. İki il sonra fransız fizikləri Pyer Küri və Mariya Küri toriumun radioaktivliyini 
aşkar ediblər və iki yeni radioaktiv element kəşf ediblər – polonium 
v
ə 
radium 
. Sonradan mü
əyyən olub ki, sıra nömrəsi 83-dən böyük olan elementlərin 
hamısı radioaktivdir.
Aşkar olunub ki, radioaktivlik xarici təsirlərdən – temperaturdan, təzyiqdən və maddələrin kimyəvi 
t
ərkibindən asılı deyil. Bəzi radioaktiv elementlər öz aktivliyini uzun müddət dəyişmirlər. 
1899-cu ild
ə Rezerford radioaktiv şüalanmanın mürəkkəb tərkibini aşkar edən təcrübə keçirib. 
Radoaktiv madd
əni qurğuşun silindrdəki dar kanalın dibinə yerləşdirirlər. Kanalın əks tərəfində 
fotolövh
əcik var. Radioaktiv maddənin bütün tərəflərə saçan şüalanması, bu halda şaquli yuxarı 
buraxılır, fotolövhəciyin üzərinə düşür və onun üzərində kiçik qara ləkə əmələ gətirir.


 
Rezerford bu qurğunu güclü maqnit sahəsinə yerləşdirdi. İndi şüalar 3 hissəyə bölündü. Şüaların 
bir hiss
əsi sola, digər hissəsi sağa meyl etdi, üçüncü hissə isə heç meyl etmədi. 
Beləliklə müəyyən olundu ki,
1.
α-şüalar – sürətlə hərəkət edən “müsbət” yüklü zərrəciklərdən ibarətdir, dəqiq desək, 
helium
nüvələrinin selidir.

α-zərrəcik – helium nüvəsidir.
2.
β-şüalar – sürətlə hərəkət edən “mənfi” yüklü zərrəciklərdən ibarətdir, dəqiq desək, 
elektronların selidir.

β-zərrəcik – atom nüvəsi tərəfindən buraxılan elektrondur.
3.
γ-şüalar – neytraldır. Məlumdur ki, γ-şüalar – çox böyük tezliyə malik olan elektromaqnit 
dalğasıdır. 
Rezerfordun bu t
əcrübəsi radioaktiv şüalanmanın mürəkkəb tərkibli oluğunu sübut etdi.


 


 


Radioaktiv parçalanma qanunu
Bütün radioaktiv atomların yarısının parçalandığı zaman müddətinə yarımparşalanma periodu 
deyilir. Yarımparçalanma periodu T hərfi ilə işarə olunur, yalnız radioaktiv maddənin növündən 
asılıdır. 
Tutaq ki, başlanğıc anda radioaktiv maddədə olan radioaktiv atomların sayı N

-
dır. 
Yarımçevrilmə periodunun bir mislindən sonra (t = T) parçalanmamış radioaktiv atomların sayı:
Yarımçevrilmə periodunun iki mislindən sonra (t = 2∙T) parçalanmamış radioaktiv atomların sayı: 
Yarımparçalanma periodunun n mislindən sonra (t = n∙T) parçalanmamış radioaktiv atomların 
sayı:
t = n·T – dən alırıq 

Radioaktiv parçalanma qanunu.
t zaman 
ərzində maddə daxilində parçalanmamış qalan radioaktiv atomların sayı 
 
düsturu il
ə təyin olunur. 
Radioaktiv (parçalanmamış) atomlarının sayının zamandan asılılıq qrafiki:


 
Müxt
əlif təbiətli radioaktiv atomların sayının zamandan asılılığı müxtəlifdir:


 
Parçalanmış atomların sayı: 
Parçalanmış atomlarının sayının zamandan aslılıq qrafiki:


 

Yüklə 415,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin