Qələvilərlə zədələnmə
Qələvilər yaş (kollikvasion) nekroz törədir. Qasnaq yumşaq,
bozumtul-ağ rəngli olur. Qələvilər turşulara nisbətən daha geniş
sahələrin zədələnməsinə səbəb olur.
Kimyəvi yanıqlar, həmçinin ağır turşu metalları, halloidlər, arsen,
nitratlar, efir turşuları, perhidrol, kalium permanqanat, əhəng, sement
və s. təsirindən əmələ gəlir.
Kimyəvi yanıqların təsnifatı
Termiki yanıqlardan fərqli olaraq kimyəvi yanıqlar zamanı
dərinliyi qiymətləndirərkən III dərəcə A və B hissələrinə ayrılmır.
Yanıqlar I, II, III, IV dərəcəli olur. Yanıqların gedişi prosesi termiki
yanıqlara uyğun gəlir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|