Qida borusu və mədənin kimyəvi yanıqları
Qida borusunun kimyəvi yanıqları, bir qayda olaraq, təsadüfi və
ya intihar məqsədi ilə qəsdən turşu (çox vaxt HCl və ya sulfat
turşusu), qələvi içilən zaman əmələ gəlir.
Yanıq zamanı ağız-udlaqdan çoxlu ağız suyu ifrazı baş verir.
Ağız-udlaqda suluqlar əmələ gəlir, ağrı hissiyyatı, disfagiya
müşahidə edilir. Turşular quru nekroz, qələvilər isə yaş nekroz əmələ
gətirir.
Ağır travmalarda şok inkişaf edir, mədə perforasiyası baş verir,
qida-nəfəs borusu fistulası əmələ gəlir. Peritonit, septiki şok,
tənəffüsün pozulması, hemodinamik dəyişikliklər, hətta pasiyentlərin
ölümü müşahidə edilir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|