İnfuzion müalicə aşağıdakı dərman maddələri ilə
tamamlanmalıdır:
►
Ürək-damar (korqlükon 0,06%-0,5 ml v/d x 2 dəfə) və ya
strofantin (0,25 mq v/d x 2 dəfə) fizioloji məhlulda yavaş-yavaş;
►
Antikoaqulyantlar (qan analizi yoxlanmaqla – heparin 15
vah/kq/saat hər 4-6 saatdan bir);
►
Proteoliz inhibitorları – kontrikal 50000 vah (0,9% NaCl-da
yavaş-yavaş v/d);
►
Antihistamin preparatları (suprastin v/d və ya ə/d 20-40 mq x 2 d,
uşaqlara 1-5 mq/kq);
►
Diuretiklər – laziks (40 mq v/d, uşaqlarda 0,5-1,5 mq/kq); hər iki
saatda sidik ifrazı olmadıqda 10-20%-li mannitol 0,5-1 q/kq
olmaqla 5%-li qlükoza məhlulu ilə). Böyrək yumaqcıqlarında
qan dövranını yaxşılaşdırmaq üçün eufillin 2,4% v/d;
►
Kompleks vitaminlər qrupu – B, C, E;
►
Antiasid preparatlar – almagel, maaloks, qastal, almafil və s. 5-10
ml hər 3-4 saatdan bir.
6-12 saat ərzində nəmləndirilmiş O
2
verilməsi vacibdir.
Birinci sutkanın axırında infuzion terapiyaya zondla
qidalandırmanın əlavə edilməsi məsləhətdir.
Antibakterial terapiya. İlk saatdan və ya ikinci sutkadan etibarən
təyin edilir.
Yanıq xəstəliyinin kəskin dövründə xəstənin stasionara daxil
olması gecikdirilən hallarda yardım göstərilməsi problemli olaraq
qalır. Bu zaman:
1.
İnfuzion terapiya dinamik monitorinqə və qanın qaz tərkibi
göstəricilərinə görə aparılır;
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
20
2.
Hipovolemiyanın bərpasına tələbat olduqda vurulan mayelərin
həcmini artırmaq lazımdır;
3.
Böyrək çatışmazlığının anurik fazası başladıqda infuzion
terapiyanı kəsmək lazımdır. Hemodializ göstərişdir.
Dostları ilə paylaş: |