“Risk (təhlükə) qrupu”nu qeyd etmək lazımdır. Bu qrupa
aşağıdakı zərərçəkənlər aiddir:
premorbid fonu olanlar;
zədələnmə sahəsi dərin yanıqlarda 30% (uşaqlarda 25%-dən
çox), səthi yanıqlarda 50-60%;
termoinhalyasion travmalar (alov, buxar yanığı olanlar);
stasionara 24 saatdan sonra daxil olanlar.
Şok əleyhinə tədbirlərin əsas hissələrindən biri infuzion
terapiyadır.
İnfuzion məhlulların ümumi həcmi Parkland formuluna görə
(şokun dərinliyinə görə) hesablanır:
N x bədən çəkisi x yanıq % + fizioloji tələbat.
Burada N – şokun ağırlığıdır (yüngül – 1, ağır – 2, çox ağır – 3).
Termoinhalyasion travmalar zamanı yanıq səthinin sahəsinə 15-
30% əlavə edilir.
Hesablanmış ümumi həcmin ½-i ilk 8 saat ərzində, qalan yarısı
isə sonrakı 16 saat ərzində vena daxilinə yeridilir.
Dostları ilə paylaş: |