əhəmiyyətə malikdir. Yüngül dərəcəli şok zamanı Ps dəqiqədə 88±2
1,2 ml/kq. Qanın vurulma həcmi (QVH) 62,4±1,4 ml. Damarların
17
Ağır şok daha aydın pozğunluqlarla müşahidə edilir:
Ps – 110 ± 5; A/T
or
– 95 ± 3 mm.c.st; MVT – 7,9 ± 0,7 (N=8-12),
DQH – 60,7 ± 2,6 ml/kq, QVH – 47,2 ± 1,8 (N=70-78) ml
Çox ağır şok zamanı bütün göstəricilər normadan əhəmiyyətli
dərəcədə fərqlənir.
Travmanın ilk saatlarından etibarən yanıq şokunun ağırlığının
artmasına uyğun olaraq xarici tənəffüs funksiyalarının aydın
pozulması müşahidə edilir. Tənəffüsün tezliyi çoxalır, tənəffüsün
həcmi, dəqiqəlik həcmi, ağ ciyərlərin hava tutumu kəskin azalır. Ağır
və çox ağır şok zamanı oksigenin mənimsənilməsi kəskin azalır.
Koaquloqramma və periferik qanın göstəriciləri yanıq şokunun
ağırlığını əks etdirən mühüm diaqnostik meyarlardır. Onların
qiymətinin dəyişmələri şokun ağırlığı ilə düz mütənasibdir. Bu
dəyişmələr bütün orqanlarda mikrosirkulyator məcranın
pozğunluqlarının dərinləşməsinə səbəb olur.
Hemodinamik, mikrosirkulyator, su-duz, turşu-qələvi
müvazinətinin pozğunluqları böyrəklərin filtrasion-reabsorbision
funksiyalarının kəskin dəyişməsinə səbəb olur. Nəticədə oliqo- və
anuriya əmələ gəlir.
Yüngül yanıq şokunun davam etmə müddəti:
-
TYY olmadıqda bir qayda olaraq 24 saat;
-
TYY olduqda – 48 saat və daha çox;
Ağır – 48-60 saata qədər.
Çox ağır – 72 saat (əgər xəstə ölmürsə).
Dostları ilə paylaş: