15 yanvar 2015-ъi ил
http://www.amu.edu.az
5
VTM-də Kompyuter -Test imtahanlarının AR
Təhsil Nazirliyinin “Kredit sistemi ilə təhsil alan
tələbələrin fənlər üzrə imtahanları haqqında
əsasnamə”sinə uyğun olaraq aşağidakı qayda-
lara əsasən aparılır.
Tələbələrin biliyinin qiymətləndirilmə qaydaları:
1) Hər bir fənn üzrə imtahan üçün tələbəyə 1 saat
(60 dəq.) vaxt verilir.
2) Hər bir sual variantında tələbəyə 50 sual
verilir.
3) Hər bir doğru cavab 1 balla qiymətləndirilir.
4) Doğru olmayan bir cavab (-0.16) balla
qiymətləndirilir.
5) Cavabsız suallar 0 balla qiymətləndirilir.
6) Tələbənin
yekun
balı
olaraq
cavablandırmanın yekun nəticəsinin tam ədədə
qədər yuvarlaqlaşdırılmış qiyməti götürülür.
İmtahanların aparılma qaydaları:
İmtahan prosesinin gedişi rəhbərlik tərəfindən xüsusi
VEB-Kameralar vasitəsilə izlənilir və prosesin video-ya-
zılışı aparılır. Müşahidə prosesində və ya imtahandan
sonra video-yazıya baxış zamanı tələbənin aşağıdakı
imtahan qaydalarını pozma halı müəyyən edilərsə, onun
imtahan nəticəsi Rəhbərlik tərəfindən ləğv edilir.
1- Tələbələr imtahana gələrkən özlərilə tələbə bileti və
fərdi şifrəsini (kodunu) gətirməlidirlər.
Tələbə bileti və ya tələbə şifrəsi olmayan tələbə imtahan
zallarına buraxılmırlar.
2- Tələbənin imtahan zalına özü ilə hər hansı bir
informasiya daşıyıcısı (kitab, dəftər, konspekt, telefon,
digər elektron informasiya daşıyıcısı və s.) gətirməsi
gəti qadağandır. İmtahan prosesində tələbənin əlavə
informasiya vasitələrindən istifadə etdiyi müəyyənləşərsə,
tələbə imtahandan çıxarılır və onun nəticələri ləğv edilir.
3- İmtahan otağına daxil olan tələbə Nəzarət Qrupunun
(NQ) nümayəndəsi tərəfindən qeydiyyatdan keçirilir, hər
hansı bir kompyuterin arxasında əyləşir və imtahanın
sonuna qədər həmin kompyuterin arxasında oturur.
4- Tələbənin imtahan zamanı özbaşına yerdəyişməsinə
qəti icazə verilmir. Əgər bu hal baş verərsə, tələbə
imtahandan dərhal uzaqlaşdırılır. Zərurət olarsa,
tələbənin yerini yalnız admin-nəzarətçi dəyişə bilər.
5- Tələbə imtahana qədər elektron test proqramından
istifadə qaydaları ilə tanış olmalıdır. Bu məqsədlə tələbələr
üçün NQ tərəfindən xüsusi treninqlər təşkil olunur.
6- İmtahan prosesində digər tələbələrlə söhbət etmək,
məsləhətləşmək, onların monitorlarına baxmaq
qadağandır. İlk halda tələbəyə xəbərdarlıq edilir və təkrar
belə hala yol verən tələbə imtahandan çıxarılır.
7- İmtahan prosesində meydana çıxan hər hansı
problemlə əlaqədar NQ nəzarətçisinə müraciət edilməlidir.
8- Tələbənin kompyuteri söndürməyə, şəbəkədən
ayırmağa ixtiyarı yoxdur. Kompyuterin texniki proqram
təminatının korlanmasına tələbə səbəb olmuşsa,
imtahanın nəticələri ləğv edilir, tələbə auditoriyadan
çıxarılır və dəymiş ziyan tələbə tərəfindən ödənilir.
9- Başqa tələbənin şifrəsi ilə test imtahanı verməyə cəhd
edilərsə, bu tələbənin imtahanın nəticələri ləğv edilir və
günahkarların universitet tələbələri sırasından xaric
olunma məsələsi qaldırılır.
10-Auditoriyadan xaric edilmiş və ya imtahanın
nəticələrindən narazı olan tələbələrin həmin gün ərzində
fakültəsinin Appelyasiya Komissiyasına müraciət etmək
hüququ var.
I ADDIM: VTS-ə DAXİL OLMAQ
VTS-ə daxil olmaq ücün İnternet Explorer Browser link-
in üzərində siçanın düyməsini iki dəfə sıxmaqla sistemə
daxil olunur. Açılmış pəncərədə solda görünən “alma”
nişanı seçilir və onun üzərinə basmaqla “Qeydiyyatdan
kecmək”
pəncərəsinə keçilir.
II ADDIM: QEYDİYYATDAN KEÇMƏK
Qeydiyyat səhifəsində ardıcıl olaraq, “Test” sətrində
Sessiya (Qış, Yaz və ya Yay), “İxtisas” sətrində Fakültə
və bölmə, “Status” sətrində Kurs seçilidikdən sonra
“Şifrəniz”
sətrində tələbə şifrəsi (10-rəqəmli kodu) daxil
edilərək “Qeydiyyatdan keçmək” düyməsi basılır. Növbəti
addımda imtahan fənni seçilir
III ADDIM: İMTAHAN FƏNNİNİN SEÇİLMƏSİ
Qeydiyyatdan keçəndən sonra Monitorun sol tərəfində
uyğun sessiyanın imtahan fənlərinin siyahısı göstərilir.
Tələbənin imtahan cədvəlinə uyğun olaraq, bu fənlərdən
birinin (və ya bir neçəsinin) adının qarşısında “Testə cavab
vermək”
düyməsi görünür. Tələbə imtahan verəcəyi fənni
seçərək “Testə cavab vermək” düyməsini sıxmaqla cavab
vermək rejiminə keçir.
IV ADDIM: TESTLƏRƏ CAVAB VERMƏK REJİMİ
Seçdiyiniz fənnin qarşısında “Testə cavab vermək”
düyməsinə sıxanda aktiv pəncərə dəyişir: ekrana seçdi-
yiniz fənn üzrə testin mətni (sağda) və mətndəki sualların
sayı qədər variantlar sırası görsənir (solda). Əgər siz bu
rejimə yalnız test tapşırıqlarını oxumaq üçün daxil olubsu-
nuzsa və hələ test suallarına cavab vermək istəmirsinizsə,
o zaman, sol tərəfdə olan “Fənlər siyahısına qayıdıram”
düyməsini sıxaraq geriyə qayıda bilərsiz.
Sol tərəfdə sualların sayı qədər seçim sətirləri yerləşib.
Hər sual üzrə 5 cavab sahəsi müəyyən olunub. Siz
istədiyiniz cavabı, MOUSE-in sol düyməsini sıxaraq seçə
və ya seçdiyinizi dəyişə bilərsiz. Hər sual 1 doğru cavab-
lıdır.
Sağ tərəfdə test suallarını oxuyub, bildiklərinizi cavablan-
dırdıqdan sonra “Əminəm və cavab verirəm” düyməsinə
sıxırsız. Bununla öz cavablarınızı təsdiqləyərək, cavab-
larınızı sistemdə sizə məxsus olan şəxsi-elektron karta
əlavə etmiş olursuz.
DİQQƏT:
“Əminəm və cavab verirəm” düyməsini
sıxmaqla siz bu fənn üzrə test tapşırıqlarına
cavab vermiş sayılırsınız və artıq bu fənn üzrə test
suallarını təkrar cavablandıra və ya cavablarınızı
dəyişə bilməyəcəksiniz. Bu səbəbdən yalnız
cavabınıza tam əmin olandan sonra “Əminəm və
cavab verirəm” düyməsini sıxmanızı məsləhət
görürük.
Virtual Test Sistemində (VTS)
işləməyin əsas qaydaları
İmtahanların təşkili və biliklərin
qiymətləndirilmə qaydaları
Son illərdə dünyanın bir çox qabaqcıl universitetlərində
“Virtual Test Sistemi” layihəsi uğurla tətbiq edilir.
Tələbələrin biliklərinin qiymətləndirilməsində insan-
müəllim subyektivliyini və digər subyektiv faktorla-
rı minimuma endirməklə obyektivliyin təmin edilməsi
məqsədilə ATU-nun rekotru, millət vəkili, akademik
Əhliman Əmiraslanovun əmrilə “Virtual test Mərkəzi”
(VTM) yaradılmışdır. Artıq 2011-2012-cı tədris ilinin qış
sessiyasından başlayaraq universitetdə imtahanlar Vir-
tual Test üsulu ilə aparılır. VTM-də iki kompyuter zalında
250-yə yaxın kompyuter quraşdırılaraq, lokal şəbəkədə
birləşdirilmiş və ümumi server vasitəsilə idarə edilir.
Bu mərkəzdə bir gündə 1000 nəfərdən çox tələbə im-
tahan verə bilir. İmtahan prosesinin şəffaflığını təmin
etmək üçün hər bir kompyuter zalında yerləşdirilmiş
xüsusi veb-kameralar vasitəsilə imtahan prosesinin
video-yazılışı aparılır. Kameraların çəkdiyi görüntülər
birbaşa olaraq rektorun otağındakı və VTM-dəki əsas
kompyuterlərə ötürülür.
İmtahan zamanı ATU tələbələri elektron şəxsi işinin
kodunu daxil etməklə öz səhifəsində imtahan bölməsinə
girib testdə iştirak edir. Cavablar təsdiqlənən kimi
düzgün cavab variantları və yığılan balların sayı ekrana
çıxır. Tələbənin səhifəsində onun haqqında zəruri
məlumatlar (adı, kursu, fakültəsi, şəkli), o cümlədən
verdiyi imtahanlar barədə informasiya (imtahan günü,
vaxtı, davametmə müddəti, verilən cavab variantları,
toplanılan bal və s.) yer alır.
VTM-də imtahanların mütəşəkkil keçirilməsi üçün
tələbələr üçün xüsusı qaydalar və təlimatlar hazılan-
mışdır. İmtahan prosesində tələbə monitorda gördüyü
sualın cavabını dialoq rejimində kompyuterə daxil edir
və imtahanın sonunda operativ olaraq topladığı balı bilir.
Hər bir tələbənin imtahan nəticələri serverdə tələbənin
şəxsi elektron arxivində yadda saxlanır.
«Virtual Test
Sistemi» haqqında
http://www.amu.edu.az
15 yanvar 2015-ъi ил
6
u
Dünya
əha lisi-
nin təx minən 10
faizi
revmatik
xəstəliklərə tutulub. Ümumdünya
Səhiyyə Təşkilatının məlumatına
görə,
əmək
qabiliyyətini
müvəqqəti
itirənlərin
üçdə
biri, əlillərin isə onda biri bu
xəstəliklərdən əziyyət çəkir. Buna
görə də revmatik xəstəliklərin
profilaktikası, vaxtında aşkar
olunması və müalicəsi mühüm
vəzifədir.
Klinik Revmatik xəstəliklərin
profilaktikası üçün hansı tədbirlər
görülməlidir? Hansı əlamətlərdən
şübhələnmək lazımdır, vaxtında
müalicə üçün hansı addımlar atıl-
malıdır? Bu sualları tibb elmləri
namizədi, daxili xəstəliklər ka-
fedrasının dosenti Həsənağa
Qənbərov cavablandırır.
- Revmatik xəstəliklərin
ilk əlamətləri hansılardır?
- Revmatik xəstəliklərin əksəriy-
yəti oynaq ağrıları ilə müşayiət
olunur. Revmatizmdə (düzgün adı
kəskin revmatik qızdırma) isə bu
cür ağrılar uzun sürmür, heç bir iz
qoymadan keçib gedir.
Xəstəlik streptokok infeksi-
yası orqanizmə keçəndən sonra
temperaturun yüksəlməsi, ümu-
mi zəiflik, böyük oynaqların
simmetrik şişməsi, qızarması və
şiddətli ağrısı ilə başlanır. Oy-
naq ağrıları xəstənin hərəkətini
məhdudlaşdırsa da, ötəri xarakter
daşıyır və bir-iki həftəyə keçib
gedir. Lakin revmatizmin ürəkdə
və digər orqanlarda törətdiyi pa-
toloji proses hələ uzun müddət da-
vam edir. Buna görə də xəstəxana
şəraitində xüsusi müalicə olun-
maq, sonra isə bir neçə il profi-
laktika tədbirləri həyata keçirmək
lazımdır.
- Əhali arasında daha çox
yayılmış revmatik xəstəlik
hansıdır?
- Oynaqların ağrısı ilə
müşayiət edilən ən geniş yayıl-
mış revmatik xəstəlik artrozdur.
Artroz və ya osteoartroz zama-
nı oynaqdaxili qığırdaqlarda
degenerativ dəyişikliklər gedir
və onların qidalanması pozulur.
Nəticədə amortizator rolunu
oynayan, hərəkət vaxtı oynağa
düşən yükü azaldan qığırdaq
tədricən itir və birləşdirici to-
xuma ilə əvəz olunur. Prosesin
qarşısı alınmasa, oynaq səthinə
düşən təzyiq artır, o, deforma-
siyaya uğrayır və kənarlarında
sümük çıxıntıları inkişaf edir.
Artroz xəstəliyi zamanı ən
çox fəqərələr, bud-çanaq və diz
oynaqları, əlin son barmaqları
zədələnir. Oynaqlarda ağrılar
hərəkət vaxtı meydana çıxır,
günün axırında və soyuq hava-
da şiddətlənir.
- Bəs artroz xəs təliyinin
qarşısını necə almaq olar?
- Bunun üçün xəs təliyin
əmələ gəlməsində böyük rol
oynayan kökəlmə ilə gənc yaş-
larından mübarizə aparmaq,
ağır fiziki işdən, peşə, idman
zədələnmələrindən qorunmaq la-
zımdır, əmək və istirahət düzgün
növbələşdirilməlidir.
Artroz xəstəliyi başlamışsa,
revmatoloqun nəzarəti altında ildə
1-2 dəfə müalicə kursu keçmək
lazımdır. Oynaqlara düşən fiziki
yükü xeyli artırmaq, çox gəzmək,
uzun müddət ayaq üstə dayan-
maq, ağırlıq qaldırmaq, qaçmaq
və ritmik gimnastika ilə məşğul
olmaq məsləhət görülmür. Əksinə,
oynaqdaxili mübadiləni yaxşılaş-
dıran fizioterapevtik və su pro-
sedurlarından istifadə etmək və
müalicə bədən tərbiyəsi ilə məşğul
olmaq lazımdır.
- Amma artrozla yanaşı, artrit
xəstəliyini də adı çox çəkilir.
Bunların fərqi nədir?
- Oynaq xəstəlikləri arasında
artrozlardan sonra ən geniş yayı-
lanı revmatoidli artritdir. 20-50
yaşlı adamlarda təsadüf edilən bu
xəstəlik xroniki xarakter daşıyır,
əlilliyə səbəb ola bilər. Qadınlar
həmin xəstəliyə kişilərə nisbətən
2-3 dəfə çox tutulurlar.
Revmatoidli artrit zamanı oy-
naqların və birləşdirici toxumaya
malik olan digər orqanların xroni-
ki iltihabı baş verir. Xəstəlik əksər
oynaqların simmetrik şişməsi,
ağrısı, hərəkətin məhdudluğu,
yüksək temperatur və ümumi
zəiflik ilə başlayır. Ağrılar səhərlər
çox olur, gün ərzində tədricən aza-
lır.
İltihablı oynaqların üzərində
dərinin rəngi dəyişmir, lakin
həmin yerdə hərarətin yüksəldiyi
hiss olunur. Ən çox əlin orta bar-
maqları və diz oynaqları zədələnir.
Revmatoidli artrit xəstəliyi vax-
tında və düzgün müalicə olun-
madıqda, tədricən oynaqların de-
formasiyası, eybəcərləşməsi, tam
hərəkətsizlik, xəstələrin daimi ya-
tağa düşməsi ilə nəticələnir.
Məsələn, 23 yaşlı bir qız klinika-
ya çox ağır vəziyyətdə gətirilmişdi,
bütün oynaqlarında bərk ağrı, şiş-
kinlik, hərəkət məhdudluğu vardı,
temperaturu yüksəlmişdi. O, 10
il idi xəstələnmişdi, son bir ildə
demək olar yataqdan qalxmamış-
dı, hərəkət edə bilmirdi, çəkisi aza-
lıb 35 kiolqrama enmişdi. Aparılan
düzgün müalicədən cəmi bir həftə
sonra xəstə gəzməyə başladı, ağrı-
ları azaldı və üç həftə sonra o,evə
yazıldı.
Buna görə də müalicənin
səmərəsi onun tez və düzgün
aparılmasından asılıdır. Bəzi
xəstələr dostunun, qohumunun
məsləhəti ilə ara-sıra ağrıkəsici
dərmanlar qəbul edib, müxtəlif ot-
ları dəmləyib içir, beləlliklə guya
müalicə olunurlar. Əslində isə vaxt
itirib vəziyyətlərini daha da ağır-
laşdırırlar.
Revmatoidli artrit xəstəliyinə
tutulanlar həkim nəzarəti altında
uzun müddət xüsusi dərmanlarla
müalicə olunmalıdırlar. Xəstəliyin
kəskin dövrü keçdikdən sonra
dərmanlarla yanaşı fiziki üsullar
və kurort müalicəsi tövsiyə edilir.
Ən çox palçıq, naftalan nefti və
hidrogen-sulfidli sularla müalicə
məqsədəuyğundur.
Təcrübə göstərir ki, kurort
müalicəsi zamanı çox vaxt xəstələr
dərmanlardan imtina edirlər. Bu isə
xəstəliyin kəskinləşməsinə səbəb
olur. Unutmaq olmaz ki, revmato-
idli artritin kompleks müalicəsində
dərmanlar əsas yer tutur. Xəstələr
eyni zamanda müalicəvi bədən
tərbiyəsi ilə müntəzəm məşğul
olmalıdırlar.Qidalanma
zamanı
xörək duzundan az, meyvə-tərəvəz
və zülallardan (ət, balıq, kəsmik)
müntəzəm istifadə etmək lazımdır.
Günel ASLANOVA
u
Bir çoxları özünü yor-
ğun hiss etsələr də, bu
yorğunluğun nədən qay-
naqlandığını bilmirlər. Halbuki bu-
nun səbəbi heç ağlımıza gəlməyən
səbəblər də ola bilər. Oxuculara
həmin səbəbləri təqdim edirik. Bu
səbəblərdən biri uzun müddət eyni
vəziyyətdə oturmaq ola bilər. Bu
hal ən çox televizora baxanda və ya
kompyuter arxasında oturarkən olur.
Belə ki, bədən hərəkətsiz qalmaqla
yatmağı eyni cür qavrayır. Buna görə
də, oturarkən tez-tez gərilin, qalxıb
bir az hərəkət edin.
Boşuna enerji sərf etdirən ikinci səbəb
pis duruş vəziyyətidir. Belə ki, əgər insan
önə əyilərsə, əyri durarsa, onurğanın taraz-
lığı pozular və əzələlər də bu tarazlığı bərpa
etmək üçün enerji sərf edər. Buna görə,
hərəkət edəndə, oturanda və ya ayaq üstə
ikən düz durulmalı, baş önə əyilməməli, qu-
laqlar çiyinlərin üstündə olmalıdır.
Üçüncü səbəb aşağı kalorili pəhrizlərdir.
Gündəlik 850-dən az kalorili qidalarla pəhriz
insanları daha yorğun edir, hətta sağlamlıq-
larına da ziyan vura bilər. Hazır və şəkərli
qidalardan uzaq durun, həftədə 1 kilodan ar-
tıq çəki verməməyə çalışın.
Qapalı yerlərdə çox olmaq da yorğunlu-
ğa səbəb olur, xüsusilə də «evdən işə, işdən
evə» kimi həyat tərzi keçirənlərdə. Buna
görə gündə ən azı 10 dəqiqə piyada gəzin ki,
günəş işığından və təmiz havadan faydalana
biləsiniz.
Daimi narahatlıq və stress zamanı da
əzələlər gərildiyindən bədəndə yorğunluq
yaranır. Buna görə gün ərzində işlərinizi
sahmana salın ki, hansısa problem haqqında
düşünməyəsiniz.
u
Uzaq
keçmişdən
indiyədək
müasir
dövrümüzdə
belə,
Şərqdə, əsasən də Çin və Yaponi-
yada yemək yeyərkən çubuqlardan
istifadə edirlər.
Onların özlərinin dediklərinə görə,
yemək yeyərkən çubuqlardan istifadə
etmək olduqca rahatdır. Digər tərəfdən
səyyahların, zəvvarların, yolçuların özləri
ilə yemək üçün ləvazimat gəzdirməsinə
ehtiyac qalmır. Yemək üçün çubuqları
istənilən ağac budağından hazırlamaq
mümkündür.
Çin və yapon xalqlarına görə, çubuqlar-
la yeməyin müsbət və xeyirli tərəfləri çox-
dur. Belə ki, yemək yeyərkən çubuqlardan
istifadə edərkən, yeməyi az-az götürmək
olur. Gigiyenik baxımdan – barmaqlar
yeməyə toxunmur. Digər xeyirli tərəfi –
sağlamlıqdır.
Qədim Çin həkimləri bunu belə izah
edirdilər: yemək zamanı çubuqlardan
istifadə edərkən əllərdə həyat üçün vacib
olan 40-a yaxın nöqtələr masaj olunur.
Yapon həkimləri isə əmin edirlər ki, çu-
buqlarla yeməyə başlayan uşaqlar qaşıqla
yeməyə başlayan uşaqlara nisbətən daha
tez böyüyürlər və daha sağlam olurlar.
Şərq aləmində bu çubuqlar simvolik
əhəmiyyət də daşıyır. Belə ki, yeni ailə
quranlara bu çubuqlardan hədiyyə edirlər.
Bu da Şərq inanclarına görə, yeni qu-
rulan ailələrdə həmrəyliyi, ayrılmazlığı
simvolizə edir.
Çin və Yaponiyada yeni doğulmuş
körpələrə üç-dörd aylıq olarkən, daha
dəqiq desək, körpə ilk dəfə düyü yeməyi
yeyərkən çubuqlardan istifadə edilir və
körpənin valideynlərinə bu çubuqlardan
hədiyyə edilir.
Yemək üçün çubuqlar, əsasən han-
sı materiallardan düzəldilir? Qədim
dövrlərdə çubuqlar adətən, ağacdan ha-
zırlanırdı, daha sonralar bunu həm də
sümük əvəz etdi. Çubuq Çin-Yapon milli
yeməkxanalarının ayrılmaz hissəsinə çev-
rilmişdir və qaşıq-çəngəl əvəzi çubuqlar
qoyulur.
Mütəxəssis sözü
Oynaqlarınız ağrıyırsa...
Yorğunluğu aradan
qaldırmağın yolları
Çubuqla yeməyin faydaları
Sağlam həyat tərzi