İMAM NƏVƏVİ
– RAHMƏTULLAHİ ALEYHİ -
NİN
MÜQƏDDİMƏSİ
«Peyğəmbər sizə nə verirsə onu da
götürün» (əl-Həşr 7)
RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ ALLAHIN ADI İLƏ
Göylərin və yerin sahibi, bütün yaratdıqlarının
işlərini düzüb qoşan, Pəyğəmbərlərini (Allahın xeyir
duası və salamı onların üzərinə olsun) hidayətə
yönəltmək və dini hökmləri qəti dəlillərlə açıqlamaq
və aydınlaşdırmaq üçün göndərən, aləmlərin Rəbbi
olan Allaha həmd olsun. Bütün nemətlərin qarşılığı
ona həmd edir, Lütf və Kərəmiylə bunların daha da
artırılmasını ondan diləyirəm. Şəhadət edirəm ki,
Allahdan başqa heç bir ilah yoxdur, bir və təkdir,
şəriki yoxdur, tək və Qahhardır (hər şeydən qüdrətli,
hər şeyi məğlub edən). Kərim (kəramətli, səxavətli) və
Ğaffardır (günahlardan qoruyandır). Yenə şəhadət
edirəm ki, bütün məxluqatın fəzilətlisi, Qiyamət
gününə qədər davam edəcək möcüzəsi Qurani-Əziz ilə
və doğru yolu tapmaq istəyən üçün yol göstərən
sünnətləri ilə kəramət verdiyi Muhəmməd – sallallahu
aleyhi və səlləm -
in onun qulu, rəsulu, peyğəmbəri,
sevimlisi və dostu olduğuna şəhadət edirəm. O,
seyyidimiz Muhəmməd – sallallahu aleyhi və səlləm -
Cəvamiul-Kəlim (gözəl sözlər) və dində səbr etmək
kimi gözəl lütfə sahib olmuşdu. Allahın xeyir duası və
salamı ona, peyğəmbər və elçilərə, onların hər birinin
ailəsinə və onların ardınca gedən salehlərə olsun.
Beləliklə: Biz Əli b. əbu Talib, Abdullah b. Məsud,
Muaz b. Cəbəl, Əbu Dərda, İbn Ömər, İbn Abbas,
Ənəs b. Malik, Əbu Hureyrə və Əbu Səid əl-Xudridən
- Allah onlardan razı olsun - bir çox rəvayətlər və
başqa ləfzlərlə Peyğəmbər – sallallahu aleyhi və
səlləm
-
in belə buyurduğunu nəql edirlər: «Kim ki,
10
ummətim üçün dini ilə əlaqəli qırx hədisi əzbərləyib
yadda saxlayarsa, Qiyamət günü Allah onu fəqihlər və
alimlər zümrəsində həşr edər»
5
. Başqa rəvayətdə:
Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu:
«Allah onu fəqih və alim olaraq həşr edər». Əbu
Dərda – radiyallahu anhu - nun rəvayətində isə:
Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu:
«Qiyamət günü mən ona şəfaətçi və şahid olaram»
6
.
İbn Məsud - radiyallahu anhu -
nun rəvayətində isə:
Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu:
«Ona Cənnətin hansi qapısından istəyirsən gir
deyiləcək». İbn Ömər – radiyallahu anhu -
rəvayətində isə: Peyğəmbər – sallallahu aleyhi və
səlləm - buyurdu: «Alimlər zumrəsinə yazılır, şəhidlər
zümrəsində həşr edilir».
Bununla belə, rəvayət yolları çox olmağına
baxmayaraq hədis hafizləri zəif olduğunu ittifaqla
qəbul etmişlər. Elim adamları - Allah onlardan razı
olsun - bu sahədə sayılmayacaq qədər çoxlu əsərlər
yazmışlar. Bu sahədə əsər yazdığını bildi-yim ilk kişi
Abdullah b. əl-Mübarəkdır. Sonra rəbbani alim İbn
Əsləm ət-Tusi, əl-Həsən b. Sufyan ən-Nəsai, Əbu
Bəkr əl-Əcurri, Əbu Bəkir b. İbrahim əl-İsfəhani,
Daraqutni, Hakim, Əbu Nuaym, Əbu Abdurrahmən
əs-Süləmi, Əbu Səid əl-Malini, Əbu Osman əs-
Səbuhi, Abdullah b. Muhəmməd əl-Ənsari, Əbu Bəkr
əl-Beyhəqi - Allah onlardan razı olsun - kimi
sayılmayacaq qədər bir çox alimlər bu sahədə əsərlər
yazmışlar. Bu baxımdan mən də elm adamları və
İslamın hədis hafizləri olan bu kişilərə uyaraq «Qırx
5
əl-Albani «Zəif hədislər silsiləsi».
6
əl-Albani «Zəif hədislər silsiləsi» 4589.
11
hədis» əsərini yazmaqda Allahdan kömək dilədim.
Elm adamları Fəzaili-əməl (yaxşı əməl) xüsusunda
zəif hədis ilə əməl etməyin caiz olduğunu qəbul etmiş-
lər. Bununla belə mən bu xüsusda olan hədislərə
əsaslanmıram. Bunun yerinə səhih hədislər arasında
yer alan, Peyğəmbər – sallallahu aleyhi və səlləm
-
in:
«Qoy sizdən şahid olanlar, şahid olmayanlara təbliğ
etsin»
7
. Başqa rəvayətdə Peyğəmbər – sallallahu
aleyhi və səlləm - buyurur: «Mənim buyurduğum sözü
eşidib, yadda saxladıqdan sonra eşitdiyi kimi
başqasına çatdıran kişinin üzünü Allah ağ etsin»
8
.
Digər tərəfdən elm adamları arasında kimisi Usulid-
dinə (etiqadi əsaslara) aid qırx hədislər topladığı kimi,
kimisi fikhi məsələlərə, kimisi cihada, kimsi əxlaqa,
kimisi də xütbələrə aid hədislər toplamışlar. Bununla
belə onların məqsədləri xeyir olub. Allah bu
məqsədləri qarşılarına qoyanlardan razı olsun. Mən
isə bütün bunlardan fərqli olaraq daha mühüm və bu
mövzuları əhatə edən qırx hədisi topladım. Bu
hədislərdən hər biri dinin qaydalarından, əhkamların-
dan biridir. Elm adamları bunları İslamın ətrafında
dolaşan hədis, İslamın yarısı, üçdə biri və ya buna
bənzər şəkildə qiymətləndirmişlər. Digər tərəfdən bu
kitabın səhih olması üçün, hədislərin böyük
çoxluğunu səhih Buxari və Müslümdə yer almasına
diqqət etdim. Əzbərlənilməsi asan olsun, onlardan
gözəl şəkildə faydalanılsın deyə Allahın izni ilə
sənəd-lərini də zikr etdim. Axirət gününə rəğbət
bəsləyən hər bir kişinin bu hədisləri bilməsi
mühümdür. Çünkü bu hədislər olduqca mühüm
7
əl-Albani «Səhih əl-Cəmi» 5/5228.
8
əl-Albani «Səhih ət-Tərğib» 1/86.
12
məsələləri əhatə edir. Burada düşünən insanlar üçün
çoxlu ibrətlər vardır. Güvəndiyim Allahdır, işlərimi
Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və
nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və
xətalardan qoruyan da Odur.
|