Yaşar Kamalın əsərlərində folklor və mifoloji qaynaqlar


-cü əsrdə mədəniyyət və incəsənət



Yüklə 270,5 Kb.
səhifə24/38
tarix02.01.2022
ölçüsü270,5 Kb.
#35303
1   ...   20   21   22   23   24   25   26   27   ...   38
AYDAN MEDENIYET VE INCESENET yeni

14-cü əsrdə mədəniyyət və incəsənət

XIV-XVI əsrlər Anadolunun türkləşməvə islamlaşma dövrünün başa çatdığı və Anadolu birliyinin Osmanlılar tərəfindən daha geniş sahələri əhatə edən tarixi dövrlərdir. Memar Sinan Mikelanjelonun müasiri idi. Hər ikisi eyni memarlıq problemlərini həlli yolunda fikirlər irəli sürürdü. İtaliyada Leonardo, Rafael, Tisian kimi öz dəst-xətti ilə seçilən sənətkarlar ölməz əsərlər yaratdığı dövrlərdə, Osmanlı sarayında Matrakçı Nasuh, Karaməmi kimi nəqqaşlar, xəttatlar fəaliyyət göstərirdilər.Siyasi, iqtisadi və mədəni inkişaf sözsüzz ki, sənət aləminin də inkişafına böyük imkanlar açır.

Osmanlı İmperiyasının çiçəklənmə dövründə incəsənət aləmində də yeni yeni bənzərsiz əsərlər yaranırdı. İncəsənət dəstəkləyən saray qərbdən və ,ərqdən gələn sənət əsərlərinin və sənətçilərin bir araya gəldiyi bir mərkəz idi.

Memarlıq ocağı, saray nəqqaşxanəsi kimi dövrün təçklatları sənətkarları öz içində birləşdirir, bir yerə yığırdı. Mədəni, sosial və texniki cəhətdən imkişafı özündə əks etdirən memarlıq dövrün sosial dəyişiklklərini təcəssüm etdirirdi.

XI əsrdən başlayaraq Anadoluda özünü büruzə verən yerləşmə XIV-XVI əsrlər arasında güclü bir dövlət qurma syasəti nəticəsində idarəçiləri daha aöıllı və uzaqgörən addımlar atmağa sövq üdirdi. Əski şəhərlər böyüməyə, inkişaf etməyə başlamışdılar.Məhəllənin özülünü, əsasını məscid tə.kil edirdi. Həmçinin ticarətin inkişafı da ticarətlə bağlı olan inşaat obyektlərinin tikilməsinin əhəmiyyətni artırırdı. Bursa, Ədurnə və İstanbul kimi böyük şəhərlərdə inkişaf sürətlə getməkdə idi. Camelər, məktəblər, imarətlətr, hamamlar, xəstəxanalar, çeşmələr, xanlar, karvansaralar, məzarlıq kimi tikililər vəqflər tərəfindən inşa edilirdi.



Külliyyələr

İslamlığın ilk dövrlərində məscid dini, sosial, iqtisadi və mədəni mərkəz idi. Şəhərin ən vacib məkanı came idi. Vaxt keçdikcə cəmiyyətin bir araya gəlməsinin geniş vüsət aldığı bir dövrdə müxtəlif inzibati mərkəzlərin yaranmasına ehtiyac duyulurdu. Bu ehtiyac nəticəsində Külliyyə meydana gəlir. Yaranmasının ilk dövrlərində külliyyələr azsaylı binaardan ibarət olsa da, zamanla onların sayı artır. Külliyyə daxilində və kənarlarında xan, çarşı, fırın, dəyirman, şam emalatxanası, boyaxana, bayram və bazar yerləri kimi ticarət məqsədilə inşa olunmuş yerlırdən əldə oluunan gəlirlər külliyyə xərclərinə sərf olunurdu. Bir sosal xidmət ideyası olaraq külliyyə məvhumunun əsasında xalqa xidmət fikri dururdu.

Külliyyənin mərkəzində məscid yerləşirdi. Digər tikililər onun əhatəsində ucaldılırdı. Anadolu türk memarlığında külliyyə inşası geniş yayılıb. Xüsusən bu XIV əsrdən sonraya təsadüf edilir. Manisa Ulu Camisi və Mədrəsədsi(1376), Balat İlyas Camesi, mədrəsəsi və türbəsi(1403-1404), Fatih və Süleymaniyyə külliyyələri. Ən geniş külliyyə Süleymaniyyə külliyyəsidir. Buraya Came, Qanuni və Hürrəmin türbələrinin olduğu həzirə, əvvəl , salis, rabi mədrəsə məktəbləri, tabhane, xan, hamam, kitabxana, Sinanın türbəsi və çox sayda düükkan daxildir.


Yüklə 270,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin