• IV fəsil • Populyasiya. Növ • 4 Ekoloji kriteri – növün müəyyən ekoloji mühit şəraitində
yaşamasına əsaslanır. Növlər müəyyən həyat şəraitində yaşa-
mağa uyğunlaşmışlar. Məsələn, dalayıcı qaymaqçiçəyi çəmən və
tarlalarda, sürünən qaymaqçiçəyi çay və nohurların kənarında,
yandırıcı qaymaqçiçəyi isə bataqlıqlarda bitir. Lakin dəqiq eko-
loji uyğunlaşmaya malik olmayan növlərə də rast gəlinir. Bunlara insanlarla birgə
yaşayan tarakanlar, milçəklər, siçanlar və ev heyvanları, bəzi alaq otları da aiddir.
Bu səbəbdən ekoloji kriteri də bəzən mütləq olmur.