96
Morfoloji kriteri – növlərin xarici və daxili
quruluşlarında olan fərqlərə görə müəyyən olunur.
Adətən, xarici görünüşünə görə bir növü digərindən
fərqləndirmək mümkündür. Məsələn, qarağat cin-
sinin meyvələrinin rənginə, çiçək qrupunun yerləş-
məsinə görə bir-birindən fərqlənən
qara və
qırmızı
qarağat kimi növləri vardır.
Morfoloji kriteri çox əlverişli və asan olduğu
üçün uzun müddətdir ki, ondan istifadə edilir.
Morfoloji əlamətlər heç də həmişə növün təyini
üçün etibarlı kriteri olmur. Bəzən bu kriteriyə görə
növü fərqləndirmək çətinlik törədir. Müəyyən
olunmuşdur ki, bəzən zahiri cəhətdən oxşar orqa-
nizm qrupları ayrı-ayrı növlərə məxsus ola bilər.
Belə ki, təbiətdə bəzi hallarda bir-birindən morfoloji
cəhətdən seçilməyən və yalnız xromosom yığımına
görə fərqlənən
əkiz növlərə (məsələn, qara siçovulun
iki əkiz növü məlumdur) də rast gəlinir. Bundan
başqa, bəzən eyni növün erkək və dişi fərdləri, eyni
növə mənsub ev göyərçinləri cinsləri, kəpənək və
onun tırtılı bir-birindən morfoloji xüsusiyyətlərinə
görə kəskin fərqləndikləri üçün onları morfoloji
kriteri ilə müəyyənləşdirmək mümkün deyil.
Dostları ilə paylaş: