İkiqat mayalanma mərhələlərinin düzgün ardıcıllığını müəyyən edin. Sxemi dəftərinizə çəkin və tamamlayın. a) Spermilərdən biri yumurta hüceyrə ilə birləşərək ziqot əmələ gətirir.
b) Erkəkcik tozcuğu dişiciyin ağızcığına düşərək cücərməyə başlayır.
c) Tozcuq borusunda generativ nüvə bölünərək iki erkək qameti – spermiləri
əmələ gətirir.
d) İkinci spermi mərkəzi hüceyrə ilə birləşir və triploid xromosom yığımlı
endospermi əmələ gətirir.
e) Borunun ucu dağılır və hər iki spermi rüşeym kisəsinə daxil olur.
f) Tozcuq borusu uzanaraq yumurtacığın tozcuq girəcəyi olan hissədə rüşeym
kisəsinə birləşir.