5. Düzgün ifadələri müəyyən edin: 1) Həşərattutan nepentes bitkisi avtotrof orqanizmdir.
2) Şərait əlverişsiz olduqda birhüceyrəlilərin əksəriyyəti qalın qabıqla örtülərək
sista əmələ gətirir.
3) Heterotroflar arasında saprofit və parazitlər mövcuddur.
4) Dolayı inkişaf tipində sürfə mərhələsi olur.
5) Poliomielit virusu qaraciyəri zədələyir.
6) Birhüceyrəli orqanizmlərə birhüceyrəli yosun olan xlorellanı və yaşıl evqleni
aid edirlər.
7) Düzünə inkişaf tipi sürünənlər və quşlar üçün səciyyəvidir.
8) Orqanizmin mayalanmadan ölənə qədər olan fərdi inkişaf dövrü qametogenez
adlanır.