0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Bitkinin
sayı
10 12 15 19 23 27 30 33 35 37 39 40 41 42 42
– Müəyyən növün canlı orqanizmlərin populyasiyadakı sayının dəyişməsi hansı amillərlə
əlaqəlidir?
Populyasiyalarda fərdlərin miqdarı. Hər bir növ populyasiyalarında fərdlərin
miqdarı müxtəlif olsa da, müəyyən hüduddan az və ya çox ola bilməz, yəni nisbi
sabitdir. Lakin populyasiyada həyat şəraitinin dəyişməsindən, doğum və ölüm halla-
rından, fərdlərin miqrasiya etməsindən, həmçinin orqanizmlərin inkişafı xüsusiyyət-
lərindən asılı olaraq onların sayı bəzən dəyişə bilir. Populyasiyanın ümumi fərd sayının
miqdarını analiz edərkən bəzən populyasiyada sahə və ya həcm vahidinə düşən popul-
yasiyanın sıxlığı göstəricisindən istifadə edirlər. Populyasiyada fərdlərin sayının
dəyişməsi ilə əlaqədar olaraq onun sıxlığı da dəyişir. Sayın dəyişməsi bəzən ilin
müxtəlif fəsillərindən asılı olur. Belə dəyişkənlik, adətən, qısa ömrü olan kiçik hey-
vanlarda daha kəskin nəzərə çarpır. Ömrü uzun olan və az nəsil verən iri orqanizmlərdə
(məsələn, fildə) populyasiyada fərdlərin miqdarı və sıxlığı daha stabil olur.