Populyasiya növün elementar vahididir. Növlərin dəyişməsi ilə əlaqədar olan
bütün proseslər populyasiya daxilində gedir. Nəticədə təbii seçmə prosesi baş verir.
Təbii seçmə nəticəsində sağ qalanlar öz genlərini nəslə ötürürlər. Nəslə ötürülmə
zamanı valideyn genlər dəyişmir. Lakin onlarda bəzən irsi dəyişkənlik – mutasiya baş verir. Belə mutasiyalar populyasiyada genetik müxtəliflik yaradır və bu da
təkamül üçün irsi material verir.
1. Düzgün cavabı seçin. Müəyyən növə aid olan fərdlər qrupu populya- siya hesab olunur. Ona görə ki onlar: A) sərbəst çarpazlaşıb döllü nəsil verə bilirlər.
B) bir neçə nəsil ərzində növün digər qruplarından təcrid
olunmuş şəraitdə yaşayırlar.
C) fenotipə görə və fizioloji cəhətdən oxşardırlar.
D) genetik cəhətdən bir-birinə tam yaxındırlar
.