101
• IV fəsil •
Populyasiya. Növ
•
4
Ü
ZVİ ALƏMİN TƏSNİFATI VƏ TƏKAMÜLÜ.
TƏKAMÜL TƏLİMİNİN YARANMASI
XVIII əsrə qədər biologiyada insanın və digər canlıların ilahi qüvvə tərəfindən
yaradılması ideyası üstünlük təşkil edirdi. Bu dövrün alimləri belə hesab edirdilər
ki, ilahi qüvvə tərəfindən yaradılan canlı orqanizmlər daha
mükəmməl və məqsədə-
uyğundur və yarandığı gündən dəyişilməmişlər. Belə baxışlar biologiyada
kreasio-
nizm adlandırılırdı. Bu dövrdə biologiyada bitki və heyvanların növ müxtəlifliyi
barədə çoxlu faktik materiallar toplanırdı. Ayrı-ayrı alimlər bu materialları sistem-
ləşdirməyə cəhd göstərsələr də, bu sistem əlverişsiz olduğu üçün uğursuzluqla
nəticələnmişdir.
Üzvi aləmin nisbətən əlverişli süni sistemini ilk dəfə İsveç təbiətşünası Karl
Linney (1707–1778) yaratmışdır.
Dostları ilə paylaş: