J.-B.Lamarkın təkamül təlimi. 1809-cu ildə fransız alimi J.-B.Lamark “Zoolo-
giyanın fəlsəfəsi” əsərində
növlərin dəyişilməsi barədə fərziyyə irəli sürdü. O
göstərdi ki, bitki və heyvanlar üzvi aləmin tarixi inkişafının – təkamülün (lat. “evo- lyutio” – çevirmək) nəticəsidir
.
“Təkamül” dedikdə orqanizmlərin sadədən mürəkkəbə doğru tarixi inkişafı pro-
sesi nəzərdə tutulur.
J.-B.Lamark üzvi aləmin tarixi inkişafının ümumi istiqaməti kimi canlı orqa-
nizmlərin quruluşunun tədricən mürəkkəbləşməsini –
qradasiyanı (lat. “gradacio” – tədricən yüksəlmə)
göstərmişdir. Onun fikrincə, qradasiyanın əsas hərə-
kətverici qüvvəsi orqanizmlərdə əvvəlcədən qoyulmuş
tərəqqiyə doğru olan “daxili meyil”dir. Lamarka görə,