2. Böcəklərin bir cütdən başlayaraq populyasiyada sayını əks etdirən qrafiki nəzərdən keçirin. Böcək populyasiyasında fərdlərin miqdarının günlərdən asılı ola- raq necə dəyişdiyini şərh edin.
3. Məsələni həll edin. • Maralların populyasiyası 2000 fərddən ibarətdir. Canavarlar marallarla qidalanırlar. İlin
axırına qədər sağ qalan marallar öz saylarını 40% artırırlar. Canavarların öz popul-
yasiyalarında miqdarı 15 fərd olur. Hər bir canavar il ərzində təqribən 30 maral yeyir.
Maral və canavarların başqa səbəblərdən ölümü sıfıra bərabərdir.
A) Yırtıcılar olmazsa, müvafiq olaraq 1,2,3 ildən sonra maralların sayını hesablayın.
Aldığınız nəticələri qrafikdə əks etdirin.
B) Yırtıcıların ilkin sayı 15 fərd olarsa və həmin illər ərzində dəyişməzsə, 1,2,3 ildən
sonra maralların sayını hesablayın.
Verilən dövr ərzində maralların sayının dəyişməsini qrafikdə əks etdirin və nəticələri