2. İfadələrdən istifadə edərək cümlələri tamamlayın: sıradan çıxır, məşq edir, daha da inkişaf edir, irsən nəslə keçir Lamarka görə: “Orqanizmlər özünü xarici mühit şəraitinə uyğunlaşdırmaq üçün ...”
“Məşqetmə nəticəsində qazanılmış əlamətlər faydalıdır və ...”
“Məşq edən orqanlar ...”
“Məşq etməyən orqanlar ...”
3. Verilmiş məlumatlardan istifadə edərək Lamarka görə təkamül proseslərinin ardıcıl mexanizmini müəyyənləşdirin: A) Orqanların məşq etdirilməməsi – B) Mühit şəraitinin dəyişilməsi – C) Yeni “vərdişlər”in meydana gəlməsi – D) Qazanılmış əlamətlərin irsən nəslə keçməsi – E) Heyvanın tələbatının dəyişməsi – F) Orqanların güclü inkişafı – G) Orqanların zəifləməsi və ya itməsi – H) Orqanların güclü məşq etdirilməsi –
•
Qazanılmış əlamətlərin irsən nəslə keçməsi ideyası səhv olmuş və sonradan genetik
məlumatlarla təkzib edilmişdir.
Məsələn, A.Veysman qazanılan bütün əlamətlərin
irsən nəslə keçməsini siçanlarla etdiyi təcrübə ilə yoxlamışdır. O, siçanlardan bir
neçə nəsil almış və hər nəsildə balaların quyruğunu kəsmişdir. Lakin buna
baxmayaraq quyruğu kəsilmiş siçanlardan doğulan balalar quyruqlu olmuşlar. Bu
da sonradan qazanılan əlamətin irsən nəslə keçmədiyini sübut etmişdir.