1. Verilmiş xüsusiyyətlərinə görə temperament tiplərini müəyyən edin: 1) Fəridə işlədiyi təşkilatda ən yaxşı katib-referent sayılır. Həmkarları ilə həmişə mehri-
ban və qonaqpərvərdir. Təmkinli xarakteri ona münaqişələrdən kənar olmağa imkan
verir. Fəridə yaxşı icraçıdır, öz vaxtını düzgün böldüyünə görə tapşırılan işləri vaxtında
və tələsmədən yerinə yetirir.
2) Azər proqramçı işləyir. Həmişə sakitdir, təkdir və tutqundur. Əgər inciyirsə, uzun
müddət qəzəblənir. Əgər həmkarı ilə mübahisə edirsə, bütün günü onunla danışmır.
Sakit tempdə işləməyi, bildiyi işləri yerinə yetirməyi üstün tutur. Tez yorulur, günün
axırına işgörmə qabiliyyəti azalır.
3) Fərhad çertyojçu-konstruktor işləyir. Tapşırılan işləri yavaş, lakin səliqəli, ardıcıl, hər-
tərəfli yerinə yetirir. Onu güldürmək və ya əsəbiləşdirmək çətindir. Azdanışandır. İş
stolunun üzərində hər şey öz yerindədir, qaydasındadır. İş yoldaşları ilə dostluq edir.