• V fəsil • Ali sinir fəaliyyəti • 5 X ARAKTER VƏ QABİLİYYƏT İnsanın inkişaf prosesində xarici mühitin, təlim və tərbiyənin, irsən keçən
xüsusiyyətlərin təsirindən müəyyən davranış tipi və ya xarakter formalaşır.
Xarakter – şəxsiyyətin tipik davranışları – hərəkətləri, vərdişləri, baş verən ha-
disələrə münasibəti şəklində irsən və ya sonradan qazanılmış davamlı xüsusiyyət-
ləridir. İnsanın xarakterinin formalaşmasında ali sinir fəaliyyətinin tipləri böyük rol
oynayır.
Xarakter insanın özünəməxsus təkrarolunmaz fərdi xüsusiyyətlərini əks etdirir.
Hər bir insan üçün yalnız ona xas olan prinsipiallıq, mərdlik, saflıq, məsuliyyətlilik
və bu kimi xarakterik cəhətlər səciyyəvidir. İnsanın xarakteri onun inkişafı prose-
sində formalaşır.
Xarakter, əsasən, insanın uşaqlıq və gənclik yaşlarında tərbiyənin təsiri altında
formalaşır. Xarakterin formalaşmasında əsas rolu sosial amillər oynayır. Xarakterə
həmçinin insanın fiziki vəziyyəti də təsir edir.