140
Qabiliyyət bir və ya bir necə fəaliyyətin müvəffəqiyyətlə
yerinə yetirilməsi üçün vacib olan xüsusiyyətlərin cəmidir.
Qabiliyyətin yaranması, ilk növbədə, baş beyinin və analiza-
torların irsi quruluş xüsusiyyətlərindən, onların funksional
xassələrindən asılıdır. İnsanın qabiliyyəti həm irsən, həm də
tərbiyə yolu ilə müəyyən olunur. Qabiliyyət, əlbəttə, insan
onun inkişaf etdirilməsi üzərində işlədikdə reallaşır. Bütün qabiliyyətləri 2 tipə
bölmək olar:
– bir çox fəaliyyət növündə meydana çıxan
ümumi qabiliyyətlər;
– konkret fəaliyyət növündə meydana çıxan xüsusi qabiliyyətlər.
Bundan başqa, insanda fiziki və zehni qabiliyyətləri də ayırırlar. Fiziki qabiliyyət
bədənin quruluş və təbii xüsusiyyətlərindən asılıdır.
Bir qabiliyyətin hüdudunda onların müxtəlif dərəcələrini – aşağı, normal və
yuxarı dərəcələrini ayırmaq olar. Xüsusi qabiliyyətlərin yüksək dərəcəsi
istedaddır.
O hamıda müxtəlif cür inkişaf edir.
Meyillilik – insanın hər hansı bir fəaliyyət növünə səyi, can atmasıdır. Bu zaman
insanın bu fəaliyyət növünə qabiliyyəti
olmaya da bilər. Baxmayaraq ki meyillilik
və qabiliyyət eyni zamanda meydana çıxır və bir-birinə müvafiq gəlir, məhz
meyillilik və qabiliyyət insanlara peşə seçməkdə yardım edir. Qabiliyyət daha çox
uşaqlıqda nəyəsə maraq göstərdikdə üzə çıxır. Bu və ya digər meyillilik yalnız uşaq-
lıqda deyil, ola bilsin ki, istənilən yaş dövründə də meydana çıxa bilər. Məsələn,
bütün həyatı boyu mühasib işləyən insan birdən-birə şeir yazmağa başlayır və ya
futbol azarkeşi özündə xarici dil öyrənməyə meyilliliyi müşahidə edir.
Ayrı-ayrı fiziki göstəricilər irsən müəyyən olunur. Adətən, fəza təsəvvürləri, yəni
rəssamlıq və konstruktor qabiliyyəti daha çox irsən keçir. Yaddaşın xüsusiyyətləri
az keçir. Bu səbəbdən onu daim inkişaf etdirmək lazımdır.
Qabiliyyətsiz insan olmur. Əsas qabiliyyət vaxtında üzə çıxarılaraq inkişaf et-
dirilməlidir. Bunun üçün
iradə lazımdır. İradə – çətinliklərin aradan qaldırılması
üçün insanın düşüncəli fəaliyyətini həyata keçirmək qabiliyyətidir.
Cəmiyyətin inkişafı göstərmişdir ki, daim zəhmət çəkməyən şəxslərdə qabiliyyət
inkişaf edə bilməz.
•
Dahi Avstriya bəstəkarı Mosart 3 yaşında ikən
musiqiçiləri öz musiqi
qabiliyyətinin olması ilə heyran etmişdi. 8 yaşında isə o, ilk simfoniyasını
yazmışdır.
•
Alimlər siyasət və ictimai
həyatda bütün dahilər
barədə məlumat
toplayarkən məlum olmuşdur ki,
onlar coğrafi cəhətdən qeyri-bərabər paylanırlar:
belə ki, Afrikada – 3, Latın Amerikasında – 1,
Asiyada – 18, ABŞ-da – 7 dahi olmuşdur. Digər –
71 dahi isə Avropada doğulmuşdur.
Dostları ilə paylaş: