Mühitin abiotik amilləri. Quru orqanizmləri üçün işıq, temperatur və rütubət kimi abiotik amillər mühüm əhəmiyyət kəsb edir.
İşıq. Yer üzərində əsas işıq mənbəyi Günəşdir. Gün ərzində, ilin müxtəlif fəsil-
lərində işığın spektral tərkibi, dalğa uzunluğu, intensivliyi dəyişir. İşıq şüaları ultra-
bənövşəyi, görünən və infraqırmızı şüalara bölünür.
Ultrabənövşəyi şüalar qısa və uzundalğalı olur. Bu şüalar yüksək kimyəvi fəallığa
malikdir. Onlar böyük dozalarda canlılara məhvedici təsir göstərsə də, az miqdarı
orqanizm üçün zəruri olub D vitamininin əmələ gəlməsində iştirak edir.