163
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
yaşayış şəraiti yaxşılaşdırılır. Respublikamızda Kiçik və Böyük Qafqazın subalp zo-
nasında Qafqaz tetrası, Xəzərin sahilində, sututarlarda yaşılbaş ördəklər olur.
Hazırda Naxçıvan MR-də qaya keçisi
və Cənubi Qafqaz muflonu, Şirvan qoruğun-
da, Bəndovan və Korçayda ceyrana rast gəlinir. Dağıstan turu Böyük Qafqazın ətə-
yində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qeydə alınmışdır.
Respublikanın çaylarında və Xəzərdə bir çox vətəgə əhəmiyyətli balıqlar ovlanır.
1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğuların tikilməsi, Xəzər
dənizi suyunun çirklənməsi və s. səbəblərdən qiymətli balıq növlərinin sayı xeyli
azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədilə respublikada geniş
miqyasda meliorasiya işləri aparılır. Balıq yetişdirmək üçün – “Kürağzı”, “Şirvan”
və “Kür” təcrübə-nərəyetişdirmə və s. müəssisələri istifadəyə verilmişdir.
Dostları ilə paylaş: