Bioloji müxtəlifliyin qorunması. Bioloji müxtəliflik dedikdə, adətən, növ müx-
təlifliyi başa düşülür. Lakin bioloji müxtəliflik bir-birindən fərqlənən 3 anlayışdan –
genetik, növ və ekosistem müxtəlifliyindən ibarətdir. Bioloji müxtəliflik ekosistem-
lərin yaranmasını və onlarda ekoloji tarazlığın formalaşmasını təmin edir. Bu olma-
dıqda maddələr və enerji mübadiləsi kəsilir, nəticədə ekoloji tarazlıq pozulur. Bioloji
müxtəlifliyin qorunması üçün, ilk növbədə, nəsli kəsilməkdə olan və sayı azalan
növlər müəyyən edilərək “Qırmızı kitab”a salınır.