5 Bioloji modellər üzərində ekosistemlərdə baş verən dəyişikliklərin proqnozlaşdırılması haqqında internetdən məlumat toplayın. Məlumatı elektron təqdimat, yaxud divar qəzeti formasında təqdim edin. “Məişət tullantılarının təkrar istifadəsi” 1. Yoldaşlarınız, qohumlarınız və qonşularınız arasında aşağıdakı suallar əsasında
anket sorğusu keçirin:
Zibili çeşidlərinə görə ayırırsınızmı?
Məişət tullantıları hansı ekoloji problemlər yarada bilər?
Kağız, plastmas qablar, alüminium bankalar, polietilen paketlər, işlənmiş
maşın təkərləri və köhnə qablardan təkrar necə istifadə etmək olar?
Sizə məişət tullantılarının hansı utilizasiya üsulları məlumdur?
Şəhərimizdə (rayonumuzda, yaxud kəndimizdə) ekoloji təmizliyi hansı
üsullarla qorumaq olar?
2. Anketləri təhlil edin, lazımsız əşyalardan təkrar istifadə və ya emal üsullarını
təklif edin.
3. Yaşadığınız ərazidə məişət tullantıları hansı fəsadlar törədir?
4. Ətraf mühitin qorunması üçün hansı tədbirlər təklif edə bilərsiniz?
5. Nəticələrinizi əyani olaraq əşyalar, fotoşəkillər, rəsmlər, plakatlar, elektron
təqdimat formasında təqdim edin.