171
• VII fəsil •
İnsan sağlamlığına ətraf mühitin
təsiri
•
7
İ
NSAN ORQANİZMİNƏ ƏTRAF AMİLLƏRİN TƏSİRİ. STRESS
İnsan daim ətraf mühit amillərinin təsirinə məruz qalır. Belə ki, insana fiziki (isti,
soyuq) və ya psixi (təhlükə, konflikt) amillər təsir edir. Bu amillərin təsirinin aradan
qaldırılması üçün onda birtipli biokimyəvi dəyişikliklər baş verir. Orqanizmin
müxtəlif mühit amillərinin təsirinə qarşı ümumi neyrohumoral reaksiyası, onun
əlverişli vəziyyətindən kənara çıxması halları
stress adlanır.
Dostları ilə paylaş: